Fransa senatoru: “Qətnaməyə səs verənlər Qarabağı xəritədə göstərə bilmirlər”

Fransa senatoru: “Qətnaməyə səs verənlər Qarabağı xəritədə göstərə bilmirlər”

Hazırda oxunan: Fransa senatoru: “Qətnaməyə səs verənlər Qarabağı xəritədə göstərə bilmirlər”

3586

“Mən bu qətnamə təklifini qəbul etmirəm. Bu təklif tarixi, siyasi və diplomatik baxımdan aydın deyil. Düşünürəm ki, bu, yalnız erməni lobbisinin məmnunluğu üçündür və heç bir əhəmiyyəti yoxdur”.

Bu fikriləri Fransa Senatının üzvü Natali Qule deyib.

Natali Qule bildirib ki, Fransa Minsk qrupunun həmsədri kimi neytral olmalıdır, lakin Ermənistanın tərəfini tutur. Bu, yolverilməzdir. Əsas təəccüb doğuran məqamlardan biri də Azərbaycana aid olan qətnamədə Türkiyəyə qarşı da hücumların olmasıdır.

Senatın üzvü qeyd edib ki, bu ədalətsiz qətnamənin heç bir nəticəsi olmayacaq. Fransa mövcud olmayan bir “respublika”nı tanımayacaq. Heç Ermənistanın özü bu qondarma “respublika”nı tanımayıb:

“Qətnamənin qəbul olunmasının digər səbəblərindən biri də bəzi senatorların çoxsaylı erməni elektoratının olmasıdır. Qətnamənin lehinə səs verən senatorların çoxu Qarabağı xəritədə göstərə bilməzlər, çünki onlar heç bilmirlər o haradadır.

BMT-nin qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərini tərk etməsi tələb olunurdu, lakin heç kim tərpənmirdi. Otuz il davam edən münaqişəyə etinasız olan, onunla maraqlanmayan siyasətçilər Rusiyanın iştirakı ilə atəşkəsə nail olunandan sonra sanki “qəflət yuxusundan ayıldılar” (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO