Gürcüstan MSK-sı bizi daha nədə qabaqladı?

Gürcüstan MSK-sı bizi daha nədə qabaqladı?

Hazırda oxunan: Gürcüstan MSK-sı bizi daha nədə qabaqladı?

35841

Oktyabrın 27-də qonşu Gürcüstanda daha bir demokratik seçki keçirildi və Mixail Saakaşvili 8 il min bir zülmlə qoruduğu kürsüsünü könüllü olaraq təhvil verdi. Bu seçkilərdə diqqətçəkən bir məqam Gürcüstan Mərkəzi Seçki Komissiyasında qeydə alınan seçicilərin az qala Azərbaycandakı seçici sayına bərabər olması və 50-dən atıq xarici ölkədə seçki məntəqəsinin təşkil edilməsi oldu. Axı rəsmi statistikaya görə Gürcüstanın əhalisi 6 milyon olduğu halda bizdə 9 milyon yarım əhalinin yaşadığı iddia olunur. Üstəlik, xarici ölkələrdəki seçki məntəqələrinin sayında da qonşu ölkə bizi qabaqlayır.

Haqlı sual yaranır, Gürcüstanın əhalisi bizdən iki dəfəyə yaxın az olduğu halda niyə az qala bizdəki qədər-3 milyon 600 min seçici siyahıya alınıb? Bizim 30 ölkədə seçki məntəqəmiz olduğu halda niyə Gürcüstan 50 ölkədə seçki məntəqəsi təşkil edib? Eyni zamanda seçki günü ölkə telekanallarında iddia olundu ki, Azərbaycanda 8 min gürcü yaşayır və onların rahat səs verməsi üçün hər bir şərait yaradılıb. Görəsən, rəsmi Tiflis Azərbaycandakı gürcülərin rahat səs verməsi üçün hansısa formada köməklə bağlı bizim MSK-ya müraciət edibmi?

MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevsə müqayisəmizlə razılaşmır və bildirir ki, bizdə siyahılarda seçicilərin sayı onlardakından az qala 1, 5 dəfə çoxdur: “Seçici siyahılarımızda 5 214 787 nəfər seçici var. Xaricdə 38 ölkədə məntəqələrimiz fəaliyyət göstərib. Seçki Məcəlləsinin tələbinə görə seçki məntəqəsi yaratmaq üçün səs verəcək seçicilərin sayı 50-dən artıq olmalıdır. Azərbaycandakı gürcülərin rahat səs verməsi üçün bizdən hər hansı kömək istənilib-istənilmədiyi barədə isə məndə məlumat yoxdur.”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO