Sentyabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova Vyanada Parlamentlərarası İttifaqın təşkilatçılığı ilə keçirilən Qadın parlament sədrlərinin 13-cü Sammitində çıxış edib.
Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qadınların pandemiya dönəmində vacib rolundan danışan sahibə Qafarova Azərbaycanın sözügedən istiqamətdə atıdığı müsbət addımlara da çıxışında yer verib.
MÖVZU İLƏ BAĞLI:
Sahibə Qafarova Avstriyaya gedir - SƏBƏB
S.Qafarova çıxışında qaçqın və məcburi köçkün olan qadınların üzləşdiyi problemlər barədə də danışıb.
O, qeyd edib ki, pandemiya dövründə bütün dünyada qaçqın və məcburi köçkün düşmüş qadın və qızların qayğı və ehtiyaclarına diqqət yetirilməli, bu qrupdan olan şəxslərin layiqli və təhlükəsiz şəraitdə doğma yurdlarına geri qayıtmaq hüquqları təbliğ və təşviq edilməlidir.
Milli Məclisin sədri Ölkəmizdə 20-ci əsrin sonlarında Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurdlarını tərk etmiş bir milyondan çox qaçqın və məcburi köçkün var və onların böyük hissəsini qadınlar və qızlar təşkil edir.
44 günlük savaşdakı qələbəmizdən danışan Sahibə Qafarova, Ermənistan tərəfindən həmin ərazilərin minalanması və sərhədimizdə davamlı təxribatlar törədilməsi sülhyaratma prosesinə mane olduğunu da təəssüf hissi ilə qeyd edib.
Sonda isə Milli Məclisin sədri sammitin nəticələrinin qadınların və qızların rifahına töhfə verəcəyinə inandığını vurğulayıb.
Bizim.Media