Rusiya yönümlü erməni diasporu Paşiniyana qarşı qəti hücuma keçdi

Rusiya yönümlü erməni diasporu Paşiniyana qarşı qəti hücuma keçdi

Hazırda oxunan: Rusiya yönümlü erməni diasporu Paşiniyana qarşı qəti hücuma keçdi

3581

Ermənistanda 10 noyabrdan etibarən başlayan siyasi hərcməçilik daha da şiddətlənməkdə davam edir. Ölkə daxilində müxtəlif maraq quruplarının hakimiyyət uğurunda mübarizəsi müşahidə olunur. Bu qrupların hədəfində isə Ermənistanın məğlub baş naziri Nikol Paşinyan yer alır.

Son 15 gündə 17 müxalif siyasi partiyanın apardığı etiraz kampaniyası ciddi təsirə malik olmayıb. Nikol Paşinyan hələ də hakimiyyətdədir və Ermənistanda yeni islahatların keçiriləcəyi ilə bağlı vədlər verməyə davam edir.

Daxili etirazların işə yaramadığını görən müxalif qüvvələr bu dəfə xaricdə yaşayan erməniləri məsələyə cəlb etməyə qərar verib. Xaricdə yaşayan ermənilərin iki istiqamətdə Paşinyan əleyhinə kampaniya aparmaları müşahidə olunur.

Birinci istiqamət, Rusiyada yaşayan ermənilər və erməni iş adamları vasitəsilə həyata keçirilir. Ermənistan kütləvi informasiya vasitələrinə məlumatına görə Rusiya Erməniləri Birliyi və Dünya Erməni Konqresi baş nazir Paşinyanın istefası tələbi ilə çıxış edir. 

Noyabrın 24-də İrəvanda Dünya Erməni Konqresi və Rusiya Erməniləri Birliyinin təşəbbüsü ilə Ali Attestasiya Komissiyası, UNESCO-nun xoşməramlı səfiri Ara Abrahamyanın rəhbərliyi ilə dəyirmi masa keçirilib. Ara Abramyan eyni zamanda Dünya erməni konqresinin və Rusiya Erməniləri Birliyinin də prezidenti vəzifəsini icra edir.

Dəyirmi masada Ermənistandakı müharibədən sonrakı vəziyyəti, qondarma rejim və diaspora ilə əlaqəli məsələlər, o cümlədən milli birlik və ləyaqətin bərpası, böhran vəziyyətinin aradan qaldırılması üçün mexanizmlərin inkişafı istiqamətində müzakirələr aparılıb. Müzakirələr nəticəsində mövcud vəziyyətin məsuliyyətinin baş nazir Nikol Paşinyanın üzərinə düşdüyü qeyd olunub. Ermənistanı böhran vəziyyətindən çıxarmaq üçünsə, Paşinyanın istefası və konstitusion əsaslarla yeni hökümətin formalaşmasının zəruriliyi vurğulanıb.

İkinci istiqamət isə, son günərdə Ermənistandakı etirazlarda ciddi şəkildə fəallaşdığı müşahidə olunan “Daşnaksütyun” partiyası, partiyanın köməkçi təşkilatları və tərəfdaş qurumları vasitəsilə aparılır. Bu təşkilatlar Ermənistan baş nazirini və komandasını mövcud vəziyyətdən, imzalanan sənəddə göstərilən anti-milli dövlət əleyhinə müddəalardan, daxili parçalanma və müxalifətə qarşı zorakılıqdan məsul hesab edirlər.

Etirazlara Daşnaksütyun partiyasının Livan, Mərkəzi Avropa, Kanada, Küveyt, Yunanıstan, İran, Suriya və ABŞ-dakı Daşnaksütyun qurumları və erməni tələbə birlikləri, Daşnaksütyunla əlaqəli Avstriyanın Erməni Milli Komitəsi kimi təşkilatlar yer alır.

ABŞ, Fransa və Kanadada yerləşən digər nüfuzlu erməni qurumları isə yanaşması fərqlidir.

Erməni diasporu Paşinyanın Qərbə inteqrasiya mövqeyini dəstəkləyir və bu istiqamətdə Ermənistana maliyyə yardımı ayırmaqda maraqlı görünürlər. 

Son hadisələr isə Qərbdəki erməni diasporasının Rusiyadakı erməni icması və Daşnaksütyunla ciddi şəkildə fikir ayrılıqlarının yaşandığını deməyə əsas verir. Növbəti günlərdə Ermənistan Paşinyanı devirməyə çalışan Rusiya meylli qüvvələlə, Paşinyanı dəstəkləyən Qərb meylli qüvvələr arasında ciddi mübarizə meydanına çevrilməsi ehtimalı böyükdür.

Rəvan Əliyev. Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO