Tofiq Zülfüqarov, Rasim Musabəyov, Eldar Namazov və Fikrət Sadıxov Şuşada nəyi müzakirə etdi? - ÖZƏL

Tofiq Zülfüqarov, Rasim Musabəyov, Eldar Namazov və Fikrət Sadıxov Şuşada nəyi müzakirə etdi? - ÖZƏL

Hazırda oxunan: Tofiq Zülfüqarov, Rasim Musabəyov, Eldar Namazov və Fikrət Sadıxov Şuşada nəyi müzakirə etdi? - ÖZƏL

35745

“Biz orda qələbəni əyani şəkildə gördük. Hiss elədik. Postlarımız yaxşı qurulub və bütün lazımi avadanlıqlarla təchiz olunub. Separatçıların partizan fəaliyyəti də mümkünsüzdür. Çünki Azərbaycan tərəfi hətta onların rabitəsini nəzarətdə saxlayır”.

Bizim.Media xəbər verir ki, bu sözləri eks xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycana qarşı təxribatçı qüvvələrin başında Lavrov dayanır” - Tofiq Zülfüqarov


Səfərin təşkili üçün minnətdarlığını bildirən politoloq Şuşada və yolboyu gördüklərindən, politoloq Eldar Namazov, Fikrət Sadıxov, millət vəkili Rasim Musabəyovla müzakirə etdiklərindən də danışıb.

Əsas sualımız isə ondan ibarət idi ki, Azərbaycanın Türkiyə ilə sıx yaxınlaşması, yeni birgə hərbi layihələr fonunda Rusiya və separatçıların qıcıqlanması gələcək gərginliklərə səbəb ola bilərmi?

“Separatçı mövqeləri ayağımızın altında idi. Görürdük ki, onların postlarında dayanmağa hərbçiləri də yoxdur. Azərbaycanlı hərbçilərlə də danışdıq, onlar çox rahat idilər, yəni, heç bir təhlükə yoxdur. Rasim Musabəyov, Eldar Namazov, Fikrət Sadıxovla vaxt itirmədən müəyyən mövzuları müzakirə etdik. Çünki səfər qrupumuzdakı insanlar müxtəlif dövrlərdə bu mövzu ilə birbaşa məşğul olan insanlar idi. Cıdır düzündən Xankəndinə baxanda hər şeyin fərqini gördük”.

Azərbaycanın sürətli quruculuq işlərini yolboyu gördüklərini deyən Tofiq Zülfüqarov Ermənistan-Azərbaycan sərhədində yox, sırf Qarabağda nə baş verdiyini hiss etdiklərini dilə gətirdi:

“Hiss elədik ki, bölgədə Azərbaycanın siyasi dominantlığı günü-gündən artır. Təxribatlara gəlincə, hərbçilər bizə bildirdi ki, sonuncu toqquşma ona görə baş verib ki, Azərbaycan tərəfi hansısa nöqtələrdən postlarını yığışdırmaq üçün separatçılara xəbərdarlıq edib. Onlar əməl etməyib və əksinə atəş açıblar. Qısa müddət ərzində isə darmadağın edilib, rədd olublar. Hərbi dominantlıq da biz tərəfdədir. Separatçıların qarşısında ən aktual mövzu belədir: Ya mən burda Azərbaycan tabeçiliyində qalmalıyam, ya da çıxıb getməliyəm. Ermənilər arasında bu əhval-ruhiyyə üstünlük təşkil edir. Bəzən səslənən revanşist fikirlərin də heç bir əsası yoxdur”.

Tofiq Zülfüqarov Rusiyanın ermənipərəst dairələrinin hansısa addımlar atdığını da istisna etmədi. Bura faşist ruhlu ermənilərin müəyyən təxribatları da daxildir:
 

“Amma şəxsən mənim gəldiyim nəticə odur ki, siyasi dominantlıq və siyasi təşəbbüs artıq biz tərəfdədir. Azərbaycanın Xankəndinə qayıdışına az qalıb”.


Politoloq sonda vurğuladı ki, Qarabağda yaşayan ermənilər iki qrupa bölünəcək. Onlardan biri revanşist, digəri isə Azərbaycan vətəndaşlığına razı olanlardır. Yəni, revanşist ermənilərin Ermənistan, Rusiya, Fransa və ABŞ-a qaçmasına az qalıb.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO