10 noyabr razılaşması: “Yalnız 5 bənd tam olaraq icra edilib” - POLİTOLOQ

10 noyabr razılaşması: “Yalnız 5 bənd tam olaraq icra edilib” - POLİTOLOQ

Hazırda oxunan: 10 noyabr razılaşması: “Yalnız 5 bənd tam olaraq icra edilib” - POLİTOLOQ

35742

Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsindən 1 ilə yaxın müddət keçməsinə baxmayaraq onların fəaliyyətləri ilə bağlı bəzi narahtlıq doğuran məqamlar mövcuddur. Belə ki, həm Azərbaycan, həm də Ermənistan tərəfindən rus hərbi kontingentinin missiyalarını tam şəkildə yerinə yetirmədiyi ilə bağlı bəzi narazılıqlar var.

Bizim.Media xəbər veri ki, sözgüedən mövzuda politoloq Fərhad Məmmədov özünün “Facebook” hesabından maralı status paylaşıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan niyə himayə olunur? – Rusiyalı politoloqdan SƏBƏBLƏR 


Həmin statusun tam mətnini sizə təqdim edirik:

“10 Noyabr Bəyannaməsi ildönümünə qədər ayaqda qala biləcəkmi?!
Bunun üçün sənədin müddəalarınıı nəzərdən keçirək və onları üç meyara görə təsnif edək:

- tamamlanıb

- qismən tamamlanıb

- yerinə yetirilməyib.

1-ci bənd - qismən tamamlanıb. Böyük bir müharibə yoxdur, amma hələ də həyatını itirənlər var.

2-ci bənd - tamamlanıb. Ağdam şəhəri azad edildi.

3-cü bənd - tamamlanıb. Rusiya sülhməramlı kontingenti bölgədə yerləşdirildi.

4-cü bənd - yerinə yetirilməyib. Rus hərbçiləri bölgədə yerləşdirildi, lakin Ermənistan Silahlı Qüvvələri hələ də Qarabağdadır.

5-ci bənd - tamamlanıb. Birgə Monitorinq mərkəzi işləyir.

6-cı bənd – tamamlanıb. Laçın dəhlizində sərbəst gediş-gəliş təmin olunub.

7-ci bənd - qismən tamamlanıb. Ermənilər Qarabağa geri qayıtdılar, amma BMT hələ də orada deyil.

8-ci bənd - tamamlanıb. Hərbi əsirlərin dəyişdirilməsi başa çatıb.

9-cu bənd - yerinə yetirilməyib. Kommunikasiyaların bərpası hələ də mümkün olmayıb.

Beləliklə:

Beş bənd tamamlanıb.

İki bənd qismən yerinə yetirilib

İkisi isə yerinə yetirilməyib. 

Ermənilərin versiyasına görə isə dörd bənd yerinə yetirilməyib.

Əgər Rusiya Bəyanata bu qədər həssasdırsa, o zaman yerinə yetirilməmiş məqamları həyata keçirmək üçün hər cür səy göstərməlidir.
 

Və ümumiyyətlə, sənədin məntiqinə görə hərəkət etsək, Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan çıxarılmadan, regionu blokadadan çıxarmamalıyıq.


Əks təqdirdə, bəyanatın yerinə yetirilməmiş bəndlərinin sayı tezliklə yerinə yetirilənlərə yaxınlaşacaq. 

Erməni versiyasında sözügedən bəndlər artıq demək olar ki, bərabərdirlər”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO