Azərbaycan diaspor üzvlərinə Tatarıstanda mükafat verildi

Azərbaycan diaspor üzvlərinə Tatarıstanda mükafat verildi

Hazırda oxunan: Azərbaycan diaspor üzvlərinə Tatarıstanda mükafat verildi

35707

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Təşkilatının rəhbəri Ramiz Məmmədov və xanımı İlhamə Cəmilova “Sevgi və sədaqətə görə” medalı ilə təltif edilib.

Bizim.Media xəbər verir ki, Tatarıstanın Respublika Günü münasibətilə təşkil olunmuş bayram tədbirində çıxış edən Leninoqorsk bələdiyyəsinin rəhbəri, Leninoqorsk şəhərinin meri Ryaqat Hüsainov bildirib ki, şəhərin ictimai həyatında fəallıq göstərən, 25 il bir yerdə yaşayıb layiqli övladlar yetişdirən, Tatarıstanın inkisafına xidmətlər göstərən ailələr “Sevgi və sədaqətə görə” medalına layiq görülüblər.

Mer 31 il əl-ələ verərək Azərbaycan dilini, tarixini, mədəniyyətini və ənənələrini qoruyub gənc nəslə ötürən, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan Məmmədovlar ailəsinə - Ramiz Məmmədov və xanımı İlhamə Cəmilovaya medalı təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO