Fazil Mustafa: ”Şevçenkoya dəstək vermək milli borcdur, seçkiyə getməyənə söyüş qoyun”

Fazil Mustafa: ”Şevçenkoya dəstək vermək milli borcdur, seçkiyə getməyənə söyüş qoyun”

Hazırda oxunan: Fazil Mustafa: ”Şevçenkoya dəstək vermək milli borcdur, seçkiyə getməyənə söyüş qoyun”

35582

Rusiya vətəndaşı olan azərbaycanlıların həmrəyliyi üçün bundan vacib hansı addım ola bilər ki? Maksim Şevçenko vicdanlı, obyektiv və cəngavər bir rus balasıdır, Azərbaycanın da haqq davasında dəstəyini əsirgəməyən bir fədaidir”.

Bizim.Media xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa sosial şəbəkə hesabında yazıb.

“İndi Rusiyada seçkilərdə namizəd olaraq iştirak edir, əziz soydaşlarım, istəyirsiniz bir-birinizə and için, istəyirsiniz seçkiyə getməyənə söyüş qoyun, istəyirsiniz yaxınlarınızı, çevrənizi hansısa formada həvəsləndirin, təki onun seçilməsinə bir milli vəzifə kimi baxın!"

MÖVZU İLƏ BAĞLI:

Şevçenko II Qarabağ müharibəsinin sirlərini açdı: "Hər şey Kəlbəcərdən başladı”


Rusiyalı məşhur jurnalist Maksim Şevçenkonun Rusiya Dövlət Dumasına namizədliyi ilə bağlı fikirlərini bildirərkən deputat əlavə edib ki, bu bizim milli borcumuzdur.    

"Rusiya vətəndaşı olmayıb burada yaşayan, işləyən azərbaycanlıların da özlərinə xas başqa millətlərdən olan dostları, tanışları, iş ortaqları var, onlara da Şevçenkonu təbliğ edin, bu dəyərli şəxsiyyət görsün ki, Azərbaycan insanı dar məqamda onun haqq işini dəstəkləyənlərə qarşı öz vəfa borcunu unutmur. Qısacası kimin Rusiyada səsvermə hüququ olan hansısa insan kanalı varsa, onu işə salmağa borcludur! Bir neçə gündür Rusiya məkanında tanıdığım, bildiyim insanlarla əlaqə yaradıb seçkidə Maksim Şevçenkonu dəstəkləməklə bağlı xahişimi edirəm" - deyə F.Mustafa bildirib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO