Mehriban Əliyeva Yay Paralimpiya Oyunlarında uğur qazanan idmançılarımızı təbrik etdi - FOTO

Mehriban Əliyeva Yay Paralimpiya Oyunlarında uğur qazanan idmançılarımızı təbrik etdi - FOTO

Hazırda oxunan: Mehriban Əliyeva Yay Paralimpiya Oyunlarında uğur qazanan idmançılarımızı təbrik etdi - FOTO

35561

Birinci vitse-prezident Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qalib gələn idmançılarımızı təbrik edib. 

Bizim.Media xəbər verir ki, Mehriban Əliyeva bununla bağlı sosial şəbəkədə patlaşım edib.

Paylaşımda deylir: 

"Azərbaycan “Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştirakını başa çatdırdı! Növbəti qızıl medalları Orxan Aslanov və Paralimpiyada rekordunu təzələmiş Lamiyə Vəliyeva qazandılar! Bütün qalibləri səmimi-qəlbdən təbrik edirəm! İdmançılarımıza təşəkkür edirəm! Siz Azərbaycanı layiqincə təmsil etdiniz! Yüksək bacarıq, qətiyyət, məqsədyönlülük nümayiş etdirərək, siz bütün azarkeşlərinizin ümidlərini doğrultdunuz! Bizim 14 qızıl, 1 gümüş və 4 bürünc medalımız var! Buna görə çox sağ olun! Hər birinizə möhkəm cansağlığı, sevinc, səadət, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!"

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO