Rusiya Müdafiə Nazirliyi tender elan edib. Burada söhbət Qarabağda yerləşdirilən sülhməramlıların kazarma və hərbi şəhərciklərinin fondlarına kompleks xidmətdən gedir.
Bizim.Media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu tenderi elan edəndə sülhməramlıların xidməti zonası kimi Azərbaycan yox, “Dağlıq Qarabağ Respublikası”nı göstəriblər.
MÖVZU İLƏ BAĞLI:
Dmitri Qordon: "Rusiya dedi ki, biz bu münaqişəyə qarışa bilmərik..." – VİDEO
Bu da beynəlxalq hüququn pozulmasıdır, çünki Qarabağ Azərbaycan ərazisidir və onların adlandırdığı kimi hüquqi subyekt ərazimizdə yoxdur.
Rusiya isə Azərbaycanın ərazi bütövlüyünü və dövlət müstəqilliyini tanıyan ölkələr sırasında birincilərdəndir.
Eyni zaman da RF prezidenti Putin 44 günlük müharibə və ondan əvvəl də bildirib ki, hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir və ölkəsi buna müdaxilə edə bilməz. Kreml rəhbərinin günü bugünə kimi, səsləndirdiyi bütün ifadələrində “Dağlıq Qarabağ” adlı bir subyekt istifadə etməyib.
Bir daha xatırladaq ki, Rusiya MN-nə aid sənədə əsasən, bu il avqustun 13-də Rusiya Müdafiə Nazirliyi “Müdafiə Nazirliyinin hərbi şəhərciklərinin kazarma və mənzil fonduna hərtərəfli qulluq göstərilməsinin təşkili və həyata keçirilməsi üçün xidmətlərin göstərilməsi haqqında” ərizə təqdim edib.
Tenderdə qeyd olunub ki, şəhərciklər "Dağlıq Qarabağ Respublikası"nın ərazisində yerləşir. Sifarişin dəyəri 151 414 088 rubl təşkil edir. Qapalı tender elanını Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dövlət Satınalmaları İdarəsinin rəis müavini Oleq Zaripov təqdim edib.
Bizim.Media