Müxalifətçilərdən kimlər peyvənd OLUNMAYIB? - SİYAHI

Müxalifətçilərdən kimlər peyvənd OLUNMAYIB? - SİYAHI

Hazırda oxunan: Müxalifətçilərdən kimlər peyvənd OLUNMAYIB? - SİYAHI

35147

Xəbər verildiyi kimi bu gündən artıq qapalı məkanlara giriş üçün peyvənd pasportu tələbi qüvvəyə minib. Sözügedən tələb 18 yaşdan yuxarı bütün şəxslərə şamil olunduğu üçün vaksinasiya prosesinə cəlb edilənlərin sayı günbəgün artıq. Artıq siyasi cameədə də xeyli şəxs peyvənd olunub. 

Maraqlıdır, müxalifətçilərdən kimlər hələ də vaksinasiya prosesində iştirak etməyib?

Məsələ ilə bağlı Bizim.Media cəmiyyətdə siyasi çəkisi olan bir neçə partiya sədrləri ilə sorğu keçirib. 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov 3 dəfə vaksinasiya prosesində iştirak etdiyini deyib. 

Müsavat başqanı İsa Qəmbər fevral və mart aylarında “Sinovac” vaksini qəbul etdiyini vurğulayıb. 

Ümid Partiyasının sədri İqbal Ağazadə xəstə olduğunu əsas gətirərək danışmaq istəməyib.

Qeyd edək ki, partiya sədri 10 gündən artıqdır ki, COVİD-ə yoluxub və müalicə alır. 

Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev isə peyvənd olunmadığını və heç vaxt da olunmayacağını söyləyib. 

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də saytımıza açıqlamasında peyvənd olunduğunu qeyd edib. 

Qeyd edək ki, mətbuatda gedən xəbərlərə görə Müsavat Partiyasının sədri Arif Hacılı, Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev, Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Ağ Partiya başqanı Tural Abbaslı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da vaksinasiya prosesinin ilk mərhələlərində peyvənd olunublar. 

Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən vaksinasiya prosesinə başlanılıb. Bu günə qədər 6 milyon 805 min 740 nəfər vaksin vurdurub.

Birinci doz üzrə vaksin olunanların sayı 4 milyon, 113 min 716 nəfər, ikinci doz üçün peyvənd olunanların sayı isə 2 milyon 692 min 24 nəfərdir. Rəsmi məlumata görə vaksindən sonra ölüm halı baş verməyib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO