Azərbaycan və İran xarici işlər nazirləri telefonla danışdı

Azərbaycan və İran xarici işlər nazirləri telefonla danışdı

Hazırda oxunan: Azərbaycan və İran xarici işlər nazirləri telefonla danışdı

35028

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, nazir Ceyhun Bayramov, İran İslam Respublikasının xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə həmkarını təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun Rusiyadan olan yeni həmsədri ilə görüşdü - FOTO


Nazir Ceyhun Bayramov, Azərbaycan və İran arasında dərin tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin, geniş spektrli ikitərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu vurğulayıb və iki ölkə tərəfindən bir sıra layihələrin uğurla icra olunduğunu qeyd edib.

Tərəflər, həmçinin regionda mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlığın bəzi məsələləri ətrafında fikir mübadiləsi aparıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO