2 sentyabrda Qarabağda nə baş verəcək? – EKSPERT RƏYİ

2 sentyabrda Qarabağda nə baş verəcək? – EKSPERT RƏYİ

Hazırda oxunan: 2 sentyabrda Qarabağda nə baş verəcək? – EKSPERT RƏYİ

0:00
0:00
34940

“Bildiyiniz kimi, Ermənistan tərəfi sentyabrın 2-də Qarabağ ərazisində separatçı rejimin “müstəqillik günü”nü qeyd etməyə çalışır. Daha əvvəl də ermənilər özlərinin əhəmiyyət verdikləri tarixlərdə bir çox təxribatlara yol veriblər. Bu baxımdan, müdafiə nazirinin də müşavirə keçirməsi və aidiyyatı qurumlara, o cümlədən Ermənistanla sərhəddə və Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizlə üzbəüz yerləşən mövqelərdəki heyətə göstəriş verməyi normal haldır”.

Bu sözləri Bizim.Media-ya açıqlayan hərbi ekspert Ədalət Verdiyev müdafiə nazirinin göstərişini hadisələrə baş verəndən sonra yox, real təhdid dövründə reaksiya verilməsi kimi qiymətləndirdi:

 

MÖVZU İLƏ BAĞLI:

Gorus-Qafan yolunda son vəziyyət necədir?


“Digər tərəfdən isə ölkənin həm xarici kəşfiyyatın, həm silahlı qüvvələrin kəşfiyyat orqanları bu məlumatları əldə edib aidiyyatı güc strukturları ilə paylaşırlar. Görünür, ermənilərin bu dəfəki fəaliyyətləri də əvvəlkilərdən fərqlənməyəcək. Rusların müvəqəti nəzarət etdiyi ərazilərdə baş verə biləcək təxribatlara cavab verilməsi doğru bir addımdır. Bu cavablar həm də sarsıdıcı olmalıdır. Hesab edirəm ki, yaxın günlərdə Ermənistan tərəfi təxribatlara cəhd edərsə, daha ağrılı və acılı bir cavab alacaqlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO