Oktyabrın 6-da Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin paytaxtın Xətai rayonunda yerləşən Bakı kinoteatrında gənclərlə göüşü keçrilməli idi.
Moderator.az Avropa.info-ya istinadən xəbər verir ki, tədbir başlamazdan əvvəl zala bir qrup tədbirə aidiyyatı olmayan adamlar doluşub.
Tədbirdə çıxış edən AXCP Gənclər Komitəsinin rəhbəri Əbülfəz Qurbanlı bildirib ki, Cəmil Həsənli gənclərin tələbi ilə seçilən namizəddir və o, gənclərin problemlərindən yaxşı xəbərdardır.
Bundan sonra Cəmil Həsənlinin toplantı keçirməsinə etiraz edən bir qrup adam yenə zala daxil olaraq qışqırmağa başlayıblar. Mübahisə və arxa cərgələrdə səs-küy yaranb. Ə.Qurbanlı gəncləri təxribata uymamağa çağırıb. Bir müdət sonra zala daxil olan polislər təxribatçıları oradan çıxarıblar. Zala yenidən bir neçə dəfə daxil olan adamlarla Cəmil Həsənliniun tərəfdarları arasında dava düşüb. Onlar ön cərgələrə qədər irəliləyərək görüşə gəlmiş gənclərin üstünə hücum çəkiblər. Aksiya iştirakçılarının tələblərindən sonra polislər naməlum şəxsləri zaldan çıxarıblar.
AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib ki, Sumqayıt görüşü səbəbindən prezidentliyə namizəd bu tədbirə qatıla bilməyib. O, hakimiyyətin korrupsiya siyasətini, həmçinin gənclər siyasətini pisləyərək bütün gəncliyi C.Həsənliyə səs verməyə çağırıb. Bununla da tədbir başa çatıb.




































































































