“Tezliklə Ermənistanın təzminat ödəmə məsələsi qaldırılacaq” - Elman Nəsirov

“Tezliklə Ermənistanın təzminat ödəmə məsələsi qaldırılacaq” - Elman Nəsirov

Hazırda oxunan: “Tezliklə Ermənistanın təzminat ödəmə məsələsi qaldırılacaq” - Elman Nəsirov

34826

“Azərbaycan dövləti 9 noyabr və 11 yanvar sənədlərindən irəli gələn öhdəliklərin icrası ilə bağlı bütün addımları atır. Təəssüf ki, Ermənistana münasibətdə eyni yanaşmanı söyləmək mümkün deyil. Onlar yenə də öz köhnə ampluasındadırlar. Təsadüfi deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə yeni formalaşdırdığı hökumətin 5 illik fəaliyyəti ilə bağlı proqramda revanşizmdən irəli gələn mövqe ortaya qoyub”.

Bu sözləri Bizim.Media-ya özəl açıqlamasında millət vəkili Elman Nəsirov bildirdi.

Deputat əlavə etdi ki, Paşinyan yenə də “Artsax” ifadəsi işlədir və Dağlıq Qarabağ əhalisindən bəhs edir:

“Yenə də Ermənistanın Qarabağdakı separatçı qurumlarla münasibətlərinin yeni formatından danışır. Ancaq unudur ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, status söhbəti daha yoxdur, olmayacaq. İkincisi Dağlıq Qarabağ ifadəsi yoxdur, Qarabağ İqtisadi Rayonudur. Eyni zamanda Dağlıq Qarabağ xalqı yoxdur, Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Xankəndində yaşayan 25 min nəfər erməni isə yolunu azdırılmış Azərbaycan vətəndaşlarıdır”. 
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycan 30 ildir ki, Ermənistanın təcavüzü ilə üzləşib" - Leyla Abdullayeva


Millət vəkili Azərbaycanın 1600 erməni leşini qarşı tərəfə qaytardığını, lakin I Qarabağ savaşında əsir, girov götürülən 4 min azərbaycanlı haqqında İrəvanın hələ də heç bir məlumat vermədiyindən də söz açıb:

“Buna rəğmən Ermənistan hamının hamıya prinsipi əsasında əsirlərin geri qaytarılmasından bəhs edir. Beynəlxalq ictimaiyyəti aldatmağa çalışır, beynəlxalq ictimai fikirin gözünə kül üfürmək istəyir. Reallıqda isə üzərinə düşən heç bir öhdəliyi yerinə yetirmir. Azərbaycan ermənilərin Qarabağa vurduğu ziyanın ödənilməsi ilə yanaşı, 4 min azərbaycanlının taleyi ilə bağlı məsələni də beynəlxalq məhkəmələrdə müzakirə predmetinə çevirmək niyyətindədir”.  

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO