Rasim Quliyev Hacıbala Abutalıbov haqda şok detalları AÇIQLADI – Məhkəməyə gələcəkmi?

Rasim Quliyev Hacıbala Abutalıbov haqda şok detalları AÇIQLADI – Məhkəməyə gələcəkmi?

Hazırda oxunan: Rasim Quliyev Hacıbala Abutalıbov haqda şok detalları AÇIQLADI – Məhkəməyə gələcəkmi?

34820

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizim.Media Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

R. Quliyev ona qarşı irəli sürülən ittihamlarla razı olmadığını bildirib, heç bir vəzifə səlahiyyətlərini aşmadığını, irəli sürülən ittihamların hüquqi əsasının olmadığını deyib:

"Vəzifə səlahiyyətlərimdən nə öz xeyrimə, nə üçüncü şəxsin xeyrinə istifadə etmişəm. İttihamda qeyd olunan həmin binanın sürüklənməsi ilə bağlı sənədi Bakı Şəhər Baş Memarlıq İdarəsi hazırlayıb. O idarə ki, o vaxt icraya gələn şikayətlərin əksəriyyəti oradan idi. Mən Bakı Şəhər İcra Hakimiyyəti başçısının verdiyi səlahiyyətləri müvəqqəti icra etməyə məcbur idim. Mən icraya gələn məktubları müvafiq idarələrə göndərirdim.
 

İcra başçısının müavini səlahiyyətlərini icra etmək üçün hər hansı ərizə ilə müraciət etməmişəm. Sadəcə olaraq, vəzifə yükü mənə həvalə edilib, mən də iş dayanmasın deyə, həmin vəzifə yükünü götürmüşəm.


308.2-ci maddə ilə ittiham olunmağıma gəlincə, sual verirəm, mənim vəzifə səlahiyyətim olubmu? İcra başçısının müavini kimi mənim əmək müqaviləm olmayıb, müavin əməkhaqqısı almamışam. Keçən iclasda da dediyim ki, Prezident Administrasiyasının sabiq rəhbəri də baş nazirin müavini Hacıbala Abutalıbova məktub göndərib ki, mənim müavin vəzifəsini icra etməyim qanunsuzdur. Hacıbala Abutalıbov isə cavabında ondan üzr istəyib. Buradan da aydın olur ki, mənim səlahiyyətim olmayıb".

Sabiq aparat rəhbəri ittihamda onun barəsində irəli sürülən 314.2-3 çi maddə ilə də özünü təqsirsiz bildiyini deyib:

"Həmin maddədə göstərilib ki, guya mən hansısa məchul subyektə ziyan vurmuşam. Dəlillər də sübut edir ki, ittihamda qeyd olunan ərazidə işlər 2013-cü ildə başlayıb. 2017-ci ilin aktı var. Həmin aktda yazılır ki, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində binanın özülünün qazıntısı zamanı tarixi abidəyə ziyan dəyib. Bildirim ki, həmin ərazidə eyni statuslu iki tarixi mədəniyyət abidəsi olub. 141 saylı abidəyə zərər deyibsə bu, məndən əvvəl olub. Bəs, 145 saylı abidəni niyə yazmırlar? Həmin abidə yoxa çıxıb. Bu barədə danışan yoxdur. Həmin ərazidə tikinti aparılması üçün verdiyim sərəncam 4 ay sonra ləğv olunub. Mən sərəncamı imzalayana qədər orada iki mərtəbə altdan, iki mərtəbə üstdən tikilmişdi."

R. Quliyev ifadəsində ittihama salınan maddələri onu həbs etmək üçün hazırladıqları deyib:
 

"Belə çıxır ki, məni tutmaq lazım imiş. Bir daha deyirəm, mənim özümə ziyan dəyib".


Təqsirləndirilən şəxs ifadəsində sabiq icra başçısı Hacıbala Abutalıbov barəsində də danışıb. R. Quliyev bildirib ki, H. Abutalıbov baş nazirin müavini olsa da, gündəlik icra hakimiyyətinə gəlirdi:

"Yüksək rütbəli şəxs öz vəzifəsindən aşağı bir quruma gəlirsə, kabinetdə olursa, bu nə deməkdir? O deməkdir ki, mənim səlahiyyətlərim olmayıb. Mən ehtimal edirəm ki, H. Abutalıbov həmin dövrdə də hansısa formada icra başçısı səlahiyyətlərini icra edib".
Proses sentyabrın 6-da davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO