Azərbaycan Ermənistanı sülhə necə məcbur edə bilər? – ƏSAS VASİTƏLƏR 

Azərbaycan Ermənistanı sülhə necə məcbur edə bilər? – ƏSAS VASİTƏLƏR 

Hazırda oxunan: Azərbaycan Ermənistanı sülhə necə məcbur edə bilər? – ƏSAS VASİTƏLƏR 

34621

Avqustun 26-da Azərbaycan ordusu Ermənistanın əsas magistral yollarından biri olan Gorus-Qafan yolunu bağlayıb. Azərbaycan ərazilərin keçən avtomagistralın bağlanması nəticəsində yolla yüzlərlə nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb. Ermənistan tərəfi yolun yenidən açılması məqsədi ilə Rus sülhməramlılarına müraciət etməsinə baxmayaraq nəticə əldə olunmayıb və yalnız Azərbaycan tərəfinin razılığı ilə magistral yolun fəaliyyətinə imkan verilib.
 

Gorus-Qafan avtomagistralının bağlanması Azərbaycanın Ermənistana qarşı əsas təzyiq vasitələrindən biri kimi qiymətləndiriləndirilir.


Dövlət sərhəddində baş verənlər Ermənistanı sülh razılaşmasının şərtlərini yerinə yetirməyə məcbur edəcək başqa hansı təzyiq vasitələrini olması ilə bağlı sualları gündəmə gətirib.

- Gorus-Qafan avtomagistralı Ermənistanı İranla əlaqələndirən əsas maşrut xəttidir. Məhz bu xətt vasitəsilə Ermənistana İrandan daxili bazarı təmin edəcək çoxsaylı yükdaşımalar həyata keçirilir. Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmaması Ermənistanı digər iki sərhəd dövlət, Gürcüstan və İran, üzərindən dünya bazarına çıxışına imkan verir. Bu yollardan birinin birbaşa Azərbaycanın ərazilərindən keçməsi Ermənistana cənubdan daxil olan yüklərə nəzarət etmək imkanı verir.

- Ermənistanın Türkiyə ilə sərhədlərin açılmasına ehtiyacı var. Bu həm ölkənin iqtisadi inkişafına, həm də Avropa bazarına menəsiz çıxışına imkan verə bilər. Lakin Türkiyənin bu məsələdəki mövqeyi Azərbaycanın maraqları çərçivəsindədir. İki müttəfiq dövlət olaraq Türkiyə və Azərbaycan Ermənistanla bağlı yanaşmada ortaq hərəkət edir. Sülh razılşamasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi və regional nəqliyyat dəhlizlərinin açılması Türkiyə üçün də olduqca əhəmiyyətlidir. Əgər Ermənistan öhdəliklərdən imtina edərsə, Türkiyə ilə sərhədlərin açılmasını da bir o qədər uzatmış olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Şurnuxu və Vorotan kəndlərindən təxliyə edildi – RƏSMİ


- Laçın dəhlizi Ermənistanın Qarabağda məskunlaşan ermənilərlə əlaqələndirən tək nəqliyyat marşrutudur. Bu yolun bağlanması və ya yola Azərbaycan tərəfindən ciddi nəzarətin həyəta keçirilməsi Ermənistanın Qarabağla bağlı planlarının sonu ola bilər. Nəticə etibarilə Laçın Dəhlizi Azərbaycan ərazisindən keçir və Azərbaycanın dəhlizə tam şəkildə nəzarət etmək hüququna malikdir. İndiki halda dəhlizə Rus sülhməramlıları tərəfindən nəzarət olunmasına baxmayaraq Ermənistanın destruktiv mövqe sərgiləməkdə davam etməsi Azərbaycanı ciddi addımlar atmağa vadar edə bilər.

- Ermənistanı öhdəliklərinin icrasına məcbur edəcək bir digər amil isə hərbi gücdür. Azərbaycan tərəfi dəfələrlə elan edib ki, hərbi yolla sülh razılaşmasının şərtlərini təmin etməyə hazırdır. Bu təbii ki, proseslərin ən arzuolunmaz inkişaf ssenarisi üçün nəzərədə tutulmuş təzyiq vasitədir. Söhbət təbii ki, Ermənistanın dövlət sərhədlərinə hərbi müdaxilədən yox, Qarabağda məskunlaşan erməni silahlı birləşmələrinə qarşı anti-terror əməliyyatlarının icrasından gedir.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO