Sonuncu telefon zəngi – Rusiya Bakının mesajını ANLADI

Sonuncu telefon zəngi – Rusiya Bakının mesajını ANLADI

Hazırda oxunan: Sonuncu telefon zəngi – Rusiya Bakının mesajını ANLADI

0:00
0:00
34582

Avqustun 27-si axşam Rusiya prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı başa tutub. Gorus-Qafan avtomagistralının açılmasından dərhal sonra reallaşan telefon danışığı Rusiya prezidentinin təşəbbüsü ilə təşkil olunub. Valdimir Putini Ermənistan baş nazirinə zəng etməyə vadar edən səbəblərin nə olduğu isə müəmmalıdır. 

- Gorus-Qafan magistralının bağlanması Rusiyanın son aylarda bölgədə ciddi nüfuz itirdiyinin göstəricisidir. Qarabağda və dövlət sərhəddində baş verən silahlı insindentlər Rusiyanın bölgədəki sülhməramlı missiyasının nüfuzuna ciddi xələl gətirib. Azərbaycan tərəfinin Rusiyanı Ermənistanı silahlandırmaqda ittiham etməsi də bu prosesi sürətləndirən əsas amil olub. Putini narahat edən əsas səbəb Ermənistanın destruktiv davranışları fonunda Azərbaycanın daha sərt cavablar verməsidir. 

- Rusiyanın bölgədə öz sözünü keçirə biləcəyi yalnız Ermənistan var. Çünki Azərbaycan Ermənistandan fərqli olaraq problemləri Rus sülhməramlıları ilə həll etməyə çalışmır. Bunun yerinə əlindəki təzyiq vasitələrindən effektiv istifadə edir və sülhməramlıları proseslərdən kənarlaşdırmış olur. Hətta Rus sülhməramlılarının Ermənistanın xahişi ilə məsələyə müdaxiləsi də bir nəticə vermir. Bu isə Rusiyanın regiondakı nüfuzuna ciddi zərbə vurur. Son günlərdə yaşanan Gorus-Qafan magistralı ilə bağlı problem bu prosesin əyani sübutudur.

- Rusiya Azərbaycan və Ermənistan arasında əldə olunan razılığı və magistral yolun açılmasını öz sülhməramlı fəaliyyətinin bir hissəsi kimi göstərməyə çalışır. Putinin telefon zəngi Rusiyanın bölgədəki problemlərlə ən yüksək səviyyədə maraqlandığını və problemlərin həllinə çalışdığını göstərməyə xidmət edir. Çünki baş verənlər Rusiya üçün gözlənilməz olub və Putin Azərbaycanın belə addım atacağına inanmırdı. Gorus-Qafan yolu məhz Rusiyanın xahişi ilə bu günədək təhlükəsiz şəkildə fəaliyyət göstərirdi. Rusiya bölgədəki təsir gücünü itirməyin nə ilə nəticələnəcəyini yaxşı başa düşür. Bu səbəblə iradəsi çərçivəsində baş verməyən bu prosesi öz lehinə çevirməyə çalışır.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Şurnuxu və Vorotan kəndlərindən təxliyə edildi – RƏSMİ


- Rusiya gələcəkdə oxşar problemlərin ola biləcəyini və bu problemlərin Rusiyanın bölgədəki varlığı üçün təhlükə olacağının fərqindədir. Rusiya başa düşür ki, Ermənistan oxşar təxribatlara davam edə bilər və Azərbaycan tərəfi də təxribatlara qarşı adekvat cavab verəcək. Bu prosesin davamlılığı isə Rusiyanın maraqlarına xidmət etmir, əkisinə Rusiyanın regiondakı mövqelərini zəiflədir və Azərbaycanla münasibətlərinə zərər verir. Bu səbəblə Ermənistanı yeni təxribatlardan çəkindirmək Rusiya üçün xüsusilə önəmlidir.

Azərbaycanın Gorus-Qafan magistralını bağlaması ilk növbədə Rusiyaya ünvanlanmış mesaj idi. Əgər sülh sazişinə əsaslanan öhdəliklər yerinə yetirilmirsə, Azərbaycan nə üçün sazişə sadiq qalmalıdır? Görünən odur ki, Rusiya verilən mesajı yaxşı başa düşüb.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO