“İlham Əliyevin dediyi hər söz dünyada böyük rezonans doğurur” - DEPUTAT

“İlham Əliyevin dediyi hər söz dünyada böyük rezonans doğurur” - DEPUTAT

Hazırda oxunan: “İlham Əliyevin dediyi hər söz dünyada böyük rezonans doğurur” - DEPUTAT

34580

 “Azərbaycan geosiyasi anlamda Cənubi Qafqaz regionunun ən önəmli dövləti olduğu üçün bəzi ölkələr Bakını öz təsiri altına salmağa çalışıb. Ona görə də ölkə liderinin yeritdiyi çevik siyasət çox önəmlidir, onun dediyi hər söz konkret əməllə müşahidə olunmalıdır. Prezidentimiz İlham Əliyevin hakimiyyətdə olduğu 18 ildə biz ancaq bunun şahidi olmuşuq. Dövlət başçımız həm beynəlxalq arenada, həm də öz xalqına nə söz veribdirsə, həyata keçirib”.

Bizim.Media-nın Prezident İlham Əliyevin “Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” ifadəsi ilə bağlı sorğusunu cavablandıran millət vəkili Vüqar İskəndərov belə söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq”


Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin Prezident seçildikdən sonra ilk sözü: Mən hər bir azərbaycanlının Prezidenti olacağam. İkinci fikirlərindən biri isə odur ki; Dağlıq Qarabağ münaqişəsinin həllinə var gücümlə çalışacağam və mən əminəm ki, biz bu problemi həll edəcəyik.

Çünki həmin torpaqlar bizim əzəli torpaqlarımızdır:

“Dediklərinin hamısı artıq gerçəkdir, bu, özündə onu ehtiva edir ki, cənab İlham Əliyev sözü ilə əməli bir olan siyasətçilərdəndir”.

Deputatın fikrincə, Prezidentin Qarabağ və Şərqi Zəngəzura səfərləri zamanı səsləndirdiyi çıxışların qayəsində o durur ki, “Müstəqillik nədir, müstəqil siyasət nədir, biz cənab Prezidentin şəxsində dünyaya bunu nümayiş edirik. 

Prezidentin hər fikiri dünyada böyük rezonans doğurur və diqqətlə izlənilir. Dünya da görür ki, cənab İlham Əliyev xalqın güvənini qazanıb. Qarabağda, Şərqi Zəngəzurda böyük infrastruktur layihələri həyata keçirilir. Bəlkə də, iqtisadi cəhətdən güclü inkişaf etmiş ölkələrin 10 illərlə görəcəyi işləri Azərbaycan qısa vaxt kəsiyində reallaşdırır. Sadalananlar həm ölkə rəhbərinin siyasi iradəsini, həm də Azərbaycanın iqtisadi gücünün göstəricisidir. Yaxın zamanlarda biz onun son dövrlər dediklərinin şahidi olacağıq”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO