Xaricdə yaşayan azərbaycanlılar parlamentdə niyə təmsil olunmur? – Gecikmiş SÖHBƏT

Xaricdə yaşayan azərbaycanlılar parlamentdə niyə təmsil olunmur? – Gecikmiş SÖHBƏT

Hazırda oxunan: Xaricdə yaşayan azərbaycanlılar parlamentdə niyə təmsil olunmur? – Gecikmiş SÖHBƏT

34485

Gürcüstan və İran parlamentlərində azərbaycanlı deputatlar var. Əslində bu ölkələrdə azərbaycanlıların kompakt yaşaması buna imkan verir. Başqa cür olsaydı, diskriminasiya göz deşərdi. 

Bəs digər xarici ölkələrdə yaşayan azərbaycanlılar qanunverici orqanlarda niyə təmsil olunmur? 
 

MÖVZU İLƏ BAĞLI:

Silah istəyən DEPUTATLAR – Maraqlı SİYAHI


Bizim.Media xəbər verir ki, bu sual ən çox Rusiya ilə bağlıdır, çünki orada yetərincə azərbaycanlı yaşayır.

Hətta Rusiyanın ən varlı 5 nəfərindən 3-ü azərbaycanlıdır:

Vahid Ələkbərov
– Hesabında 20 milyard dollardan çox pul var

Araz Ağalarov – Hesabında 1.9 milyard dollardan çox pul var

Fərhad Əhmədov – Hesabında 1.4 milyard dollardan çox pul var

Əvvəlcə xatırladaq ki, Çar Rusiyası dövründə Dumada azərbaycanlı deputatlar olub:

Ə.M.Topçubaşov, İ.Ziyadxanov, Ə.Haqverdiyev, M.Əliyev, Ə.Muradxanov, F.Xoyski,

M.Mahmudov, X.Xasməmmədov, M.A.Şahtaxtinski, Z.Zeynalov, M.Y.Cəfərov və s.

SSRİ zamanında da Ali Sovetdə azərbaycanlı deputatlar var idi:

Heydər Əliyev, Mahmud Əliyev, Yəhya Hüseynov, Səlim Qasımov, Teymur Quliyev, Çimnaz Aslanova, Leyla Babazadə, Yusif Məmmədəliyev, Qara Qarayev və başqaları...

Müxtəlif tədqiqatlar mərkəzlərinin dediyinə görə, Rusiyadakı azərbaycanlıların əksəriyyəti biznesdə, yaxud bazar-restoran sistemində çalışır. Əlbəttə kino, incəsənət və müxtəlif ziyalılar da mövcuddur. Amma onların biznesmen olmaması adlarını elə də məşhurlaşdırmır, qabartmır.

Biznesmenlərin deputat olması isə qanunvericiliklə qadağandır. Hər halda qanunvericilik bu fikirdədir. Azərbaycanlıların deputat olmamasının ilk səbəbi kimi bu nüans göstərilir. Əslində Rusiyadakı azərbaycanlı oliqarxlardan kiminsə Dumaya görə biznesindən imtina etməsi haqqında xəbərlər yayılmayıb.

Qeyd edək ki, Ukrayna, Moldova, Rusiya və başqa ölkələrdə yaşayan azərbaycanlıların siyasi arenaya çıxarılmaması həmin ölkələrdəki diaspor fəaliyyəti ilə də əlaqələndirilir.

Burada lobbiçiliyin əhəmiyyəti böyükdür.

Çünki deputat seçilən azərbaycanlı həmin ölkənin maraqlarına xidmət etsə də, hər halda öz dədə-baba yurdunun da maraqlarını qoruya bilər. 


P.S. 2007-ci ildə Rusiya Dumasına seçilən 448 deputatdan 5-i erməni olub. Ermənilər Rusiya Dumasına 2021-ci ilin sentyabrında baş tutacaq seçkilərə də aktiv hazırlaşırlar.  

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO