Minatəmizləmə Agentliyi ilə ABŞ-ın Marşal İrsi İnstitutu arasında Anlaşma MEMORANDUMU

Minatəmizləmə Agentliyi ilə ABŞ-ın Marşal İrsi İnstitutu arasında Anlaşma MEMORANDUMU

Hazırda oxunan: Minatəmizləmə Agentliyi ilə ABŞ-ın Marşal İrsi İnstitutu arasında Anlaşma MEMORANDUMU

34357

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və ABŞ-ın Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) arasında Anlaşma Memorandumu və müqavilə imzalanıb.

Bizim.Media xəbər verir ki, sənədləri ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Suleymanov və MLI prezidenti Perri Baltimor imzalayıblar.

Razılaşmaya əsasən, 2023-cü ilin iyul ayının sonunadək Azərbaycana 30 baş xüsusi təlim keçən minaaxtaran it göndəriləcək.

Avqustun 23-də xüsusi yetişdirilən və təlim keçən 10 baş minaaxtaran it artıq Azərbaycana çatdırılıb.

İkinci mərhələyə əsasən, cari ilin noyabr ayında ANAMA-ya növbəti 6 baş minaaxtaran it təhvil veriləcək, hazırda onlar Texasda təlimlərə cəlb olunub.

MLI tərəfindən ianə edilmiş 8 baş minaaxtaran itin 2022-ci ilin iyun ayında, son 6 baş itin isə 2023-cü ilin iyul ayında gətirilməsi gözlənilir.
 

Ümumiyyətlə, 30 baş itdən 18-nin ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən donorlar hesabına maliyyələşməsi həyata keçiriləcək. Vəsaitlərin cəlb olunması Azərbaycanın Vaşinqtondakı səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatası ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.


ANAMA ilə MLI arasında qarşılıqlı və faydalı əməkdaşlıq əlaqələri 2005-ci ildən başlayıb və uğurla davam etməkdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO