Prezident İlham Əliyev “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.
Bizim.Media bildirir ki, qanuna əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilirdi.
Artıq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar da övladlığa götürüldükdə də bu hüququ özlərində saxlayacaqlar.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:50 / 24.11.2020
Onların təhsil haqqını dövlət ödəyəcək
Hazırda oxunan: Onların təhsil haqqını dövlət ödəyəcək
Hazırda oxunan: Onların təhsil haqqını dövlət ödəyəcək
3433
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.