ABŞ-ın Azərbaycana göndərdiyi 10 İTİ - Deputatdan Ağ Evə MESAJ

ABŞ-ın Azərbaycana göndərdiyi 10 İTİ - Deputatdan Ağ Evə MESAJ

Hazırda oxunan: ABŞ-ın Azərbaycana göndərdiyi 10 İTİ - Deputatdan Ağ Evə MESAJ

34191

ABŞ Azərbaycana 10 minaaxtaran it göndərib. Ondansa Ağ Evin İrəvana qarşı 1-2 sanksiya tətbiq etməsi faydalı olmazdımı ki, ermənilər Azərbaycan ərazilərində mina basdırmaq kimi təxribatlardan əl çəksinlər?

“Bu bir həqiqətdir ki, artıq tarixə çevrilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini üzərinə götürən ATƏT-in Minsk Qrupu bu missiyanı yerinə yetirə bilmədi. Bir çox hallarda isə mane ola biləcək faktora çevrildi. Heç olmasa bir ümid var idi ki, münaqişə həllini tapdıqdan sonra onlar öz missiyalarını kənara qoyacaq, bu işin öhdəsindən gəlməyi bacarmadıqlarını etiraf edəcəklər. Etiraf edəcəklər ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu tarixi missiyanı reallaşdırdı, torpaqları azad etdi.

Daha bizlik heç nə yoxdur deyərək özləri öz səlahiyyətlərindən imtina edəcəklər. Təəssüf ki, bu hələ də baş verməyib. 
 

Ancaq ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri olan ABŞ postmüharibə dövrünün reallıqlarından qaynaqlanaraq Azərbaycana minaaxtaran 10 it göndərib.


Bu xəbəri eşidərkən ağıla gələn ilk fikir belə olur ki, buna nə dərəcədə etiyac var idi? Azərbaycana 10 minaaxtaran iti göndərməkdənsə, elə yüzminlərlə minanı Azərbaycan ərazisində basdıran Ermənistana qarşı təzyiqləri işə salmalıydı”.
 

MÖVZU İLƏ BAĞLI:

Elman Nəsirov: "YAP-da islahatlar gedir..."


Bizim.Media-nın sualına özəl cavabında bunları deyən millət vəkili Elman Nəsirov əlavə etdi ki, Vaşinqton İrəvandan mina xəritələrini tələb etməliydi:

“Ermənistan bu tələbi yerinə yetirməyəcəyi təqdirdə ABŞ İrəvana münasibətdə sərt tədbirlər həyata keçirtməlidir. Sanksiyalar işə salınmalıdır. Ermənistan hiss etməlidir ki, arxayınçılıq sindromuna son qoyulub və beynəlxalq birlik tərəfindən də adekvat reaksiyalarla qarşılaşır. Adekvat cəza mexanizmləri işə salınır. Bunlar isə yoxdur və bu gün Birləşmiş Ştatlar mina xəritələri ilə bağlı Ermənistana heç bir tələb ortaya qoymayıb. Sadəcə, 10 minaaxtaran iti prosesə kömək məqsədilə Azərbaycana göndərirlər. Bütün bunlar Ermənistanda da diqətlə izlənilir və onlarda arxayınçılıq yaranır ki, cinayət törədib cəzasız qalmaq olar. Amma unutmasınlar ki, cəzanı Azərbaycan dövləti, Azərbaycan ordusu, onun Ali Baş Komandanı verir. “Dəmir Yumruq” da yerindədir, nəticə çıxarmasalar, aqibətləri daha da pis olacaq”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO