Ermənistandakı gərginliyin 4 SƏBƏBİ – Parlamentdəki davalar nədən xəbər verir?

Ermənistandakı gərginliyin 4 SƏBƏBİ – Parlamentdəki davalar nədən xəbər verir?

Hazırda oxunan: Ermənistandakı gərginliyin 4 SƏBƏBİ – Parlamentdəki davalar nədən xəbər verir?

34189

“Ermənistanın “siyasi Olimp”ində gərginlik daha da artmaqdadır. Avqustun 24-də Ermənistan parlamentində baş verən toquşmalar bunu təsdiqləyir” deyən Elman Nəsirov qeyd etdi ki, hər şey deputat Anna Mkrtçyanın Nikolu kapitulyant adlandırması ilə başladı.

Bizim.Media ilə özəl şərhini bölüşən millət vəkili Elman Nəsirovun sözlərinə görə, o da məlum olub ki, 2021-ci ilin yanvar-iyul ayları ərzində hava nəqliyyatı vasitəsilə Ermənistandan qaçan 43 min 39 nəfər geri qayıtmayıb:

“Ölkənin ən böyük hava limanı olan Zvartnoç aeroportundan 515 min 849 uçuş həyata keçirilib. Yeddi ay ərzində Ermənistanın digər böyük hava limanı Şirakdan da (Şörəyel) ölkəni 42 min 141 nəfər tərk edib və onlardan qayıdanların sayı 26 min 118 erməni olub. Yəni, bu bölgədən də 16 min nəfər Ermənistana dönməyib. Beləliklə, 7 ay ərzində hava yolu ilə Ermənistanı tərk edənlərdən təxminən 60 mini qayıtmayıb. Erməni ekspertlər də vurğulayır ki, pandemiyaya görə qapanan digər nəqliyyat növləri açılarsa, Ermənistanı tərk edənlərin sayı dəfələrlə artıq olacaq. Bunun da əsas səbəbi iqtisadi və siyasi böhranla bağlıdır. Krizisi kəskinləşdirən əsas amil isə Ermənistanın II Qarabağ müharibəsindəki biabırçı məğlubiyyəti olub”. 

Milli Məclisin deputatı sonda vurğuladı ki, Ermənistan parlamenti hazırda hökumətin 5 illik proqramını müzakirə edir və Ermənistan silahlı qüvvələrindəki islahatlar fonunda qadınların hərbi xidmətə çağırılması ilə bağlıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan parlamentində yenə dava düşdü – Ədəbsiz SÖYÜŞLƏR – VİDEO


“Səbəb kimi qadınların əhalinin yarıdan çoxunu təşkil etdiyi göstərilsə də, əsl yuxarıda qeyd etdiklərimizdir:

1. Ermənistanın II Qarabağ müharibəsində biabırçı məğlubiyyəti

2. Silahlı qüvvələrinin darmadağı edilməsi

3. 10 mindən çox fərarinin olması

4. 7 ay ərzində Ermənistanı 60 minə qədər insanın tərk etməsi

Bu, onların rəsmi açıqladıqları statistikadır, amma mətbuatdan gizlədilən rəqəmlər də mövcuddur”.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO