Millət vəkilindən partiya sədrinə:

Millət vəkilindən partiya sədrinə: "Bu adam mütləq psixoterapevtə müraciət etməlidir"

Hazırda oxunan: Millət vəkilindən partiya sədrinə: "Bu adam mütləq psixoterapevtə müraciət etməlidir"

34023

“Zənnimcə, kim nədən çox danışırsa özündə o keyfiyyətlərdən az olur. VİP sədri var, Əli Əliyev. Sözünü şərəf, vicdan, düzlük və ədalətlə başlayır.  Özündə olmayandan danışdıqca da, o qədər həyacanlanır ki, ağzı tüpürcəklə dolub-daşır. İşi-gücü də  əsasən müxalifəti vurmaq və ancaq özünü müxalifət hesab etməkdir.  Bu adam elə bilir ki, müxalifətçilik psixi xəstə kimi başını əsdirmək, dəli kimi hərəkətlər etmək, başqalarını söymək və təhqir etməkdir. O qədər əsəb və stres keçirir ki, adamın ağzı əyilir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində deputat Razi Nurullayev yazıb.

“Bu adam mütləq psixoterapevtə müraciət etməlidir. Adama yazığım gəlir desəm də yalan olar. Bir gün səsi ruhi xəstəxanadan gələcək.  

Bu adama demək lazımdır ki, sənin bu cəmiyyətə bu günə qədər nə töhfən olub? Deputat olmaq üçün girib-çıxmadığın otaq qalmayıb. Guya sən parlamentə düşsəydin, mandatından imtina edəcəkdin? Yoxsa parlamentə düşüb dağı dağ üstə qoyacaqdın? Axı özünü, emosiyasını, psixi durumunu idarə edə bilməyən adam parlamentə necə seçilə bilər? 

Bu əhvalatı bilənlər biləcəklər ki, nədən danışıram. Bir nəfər deyib ki, qərara gəlməsəniz AXCP sədrliyinə özüm namizəd olacam və sədr seçiləcəm.

Bir nəfər (Allahın rəhmətinə qovuşub) də qayıdıb ona deyib ki, "ay filankəs, sənə salam verərlər, amma səs verməzlər". İndi ay Əli, sənə qulaq asarlar, dinləyərlər, çəpik çalarlar, amma səs verməzlər", deyə o, qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO