Hacıbala Abutalıbovun adamı daha bir vəzifəsini itirdi - FOTO

Hacıbala Abutalıbovun adamı daha bir vəzifəsini itirdi - FOTO

Hazırda oxunan: Hacıbala Abutalıbovun adamı daha bir vəzifəsini itirdi - FOTO

34017

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sabiq müavini Fidumə Hüseynova Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvlüyündən çıxarılıb.

Bizim.Media xəbər verir ki, onu bu vəzifədə Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Elgin Şirin oğlu Həbibullayev əvəz edib.

Qeyd edək ki, F.Hüseynova 2005-ci ildən 2021-ci ilin mart ayınadək Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini olub.

Xatırladaq ki, 2001-ci ildən 2018-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində Hacıbala Abutalıbov çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO