Sabiq nazirdən Rəsul Quliyevə SƏRT İTTİHAMLAR

Sabiq nazirdən Rəsul Quliyevə SƏRT İTTİHAMLAR

Hazırda oxunan: Sabiq nazirdən Rəsul Quliyevə SƏRT İTTİHAMLAR

34016

Eks-spiker Rəsul Quliyevlə sabiq maliyyə naziri Fikrət Yusifov arasında qarşıdurma yaranıb. 

Bizim.Media xəbər verir ki, Rəsul Quliyevin 2005-ci ilin 6 noyabr parlament seçkiləri öncəsi Azərbaycanda baş verən siyasi hadisələr, səs-küylü nazir həbsləri və hakimiyyət dəyişikliyinə cəhd hazırlıqları barədə bildirdiyi fikirlər qarşıdurmaya səbəb olub. 

Fikrət Yusifov musavat.com-a açıqlamasında hesab edir ki, Rəsul Quliyev mətbuat səhifələrində ad çəkmədən əslində onun ünvanına təhqiramiz fikirlər səsləndirib:

“2005-ci ilin oktyabr ayında baş vermiş məlum dövlət çevrilişinə cəhd hadisələrindən 16 ilə yaxın bir vaxt keçəndən sonra onu sükutu pozmağa nəyin vadar etdiyini bilmirəm. Açıqlamasında həmin hadisələrdə mənim həbsdən azad olunmaq üçün kimlərəsə böhtan atdığımı iddia edərək ünvanıma yaramaz deyir”.

Sabiq nazir keçmiş spikerə son dərəcə sərt üslubda geniş yazı ilə cavab verib. Yazısında Rəsul Quliyevi qorxaq, korrupsioner adlandırıb.

Sabiq nazir yazısında 2005-ci ildə planlaşdırılan dövlət çevrilişi haqda yeni bilgilər verib:

"O dövrdə keçmiş məmurlar müxalifətdən istifadə edib iqtidara gəlmək istəyib". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO