Qazaxın 7 kəndi geri qaytarılır? - VİDEO

Qazaxın 7 kəndi geri qaytarılır? - VİDEO

Hazırda oxunan: Qazaxın 7 kəndi geri qaytarılır? - VİDEO

34012

Bu gün Musavat TV-nin canlı yayımında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə gündəmin ən aktual hadisələri müzakirə edilib.

Bizim.Media xəbər verir ki, əsas movzu Qazaxın işğalda olan 7 kəndinin qaytarılması olub. 

Elşad Musayev xatırladıb ki, Ermənistanın Dilican (Tavuş) vilayətinin qubernatoru Ayk Qalumyan bu bölgədən - Azərbaycanla sərhəddə yerləşən nöqtələrdən, daha dəqiq desək, 1990-cı illərin əvvəllərində işğal edilən Qazaxın 7 kəndindən sonradan köçürülən əhalinin təxliyəsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, işğal edilmiş eksklavlarımıza sonradan köçürülən ermənilərin təxliyəsi ilə yanaşı, onların sərhəddən ən azı 10 km içəridə məskulaşdırılması, yemək və içməklə bağlı təminatı da gerçəkləşdiriləcək.

İddialara görə, qubernator Qalumyanın bu addımının iki səbəbi ola bilər.

Birincisi, Qazaxın 7 kəndi 10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycan tərəfinə sakit və səssiz şəkildə təhvil verilir.

İkincisi, Ermənistan bu addımı ilə kəndlərin qaytarılmasından imtina edir və hətta müharibə hazırlıqlarına başlayır.

Üçüncü versiya isə Ermənistan bu kəndləri qaytarmaqla uzun müddətə Zəngəzur dəhlizi mövzusunu və sərhədlərin demarkasiyasını arxa plana keçirir.

Mövzuya geniş formatda videoda baxa bilərsiniz:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO