Rusiya Xarici İşlər naziri Sergey Lavrovla iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub. Onlar Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Rusiya tərəfinin münaqişə zonasında tam atəşkəsə nail olmaq üçün göstərdiyi səylər, həmçinin hərbi əməliyyatların təsirinə məruz qalan mülki əhaliyə humanitar yardımın göstərilməsi nəzərə alınmaqla, Dağlıq Qarabağdakı mövcud vəziyyət müzakirə edilib”,- deyə nazirliyin məlumatında deyilir.
Tərəflərin Suriya, İran körfəzi, Yəmən və Əfqanıstandakı vəziyyət daxil olmaqla digər əsas mövzular ətrafında da fikir mübadiləsi apardıqları qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:45 / 24.11.2020
Lavrovla Zərif Qarabağdakı vəziyyəti müzakirə etdilər
Hazırda oxunan: Lavrovla Zərif Qarabağdakı vəziyyəti müzakirə etdilər
Hazırda oxunan: Lavrovla Zərif Qarabağdakı vəziyyəti müzakirə etdilər
3399
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.