Həsrət Rüstəmov siyasi partiyaların gələcəyi ilə bağlı proqnoz verdi

Həsrət Rüstəmov siyasi partiyaların gələcəyi ilə bağlı proqnoz verdi

Hazırda oxunan: Həsrət Rüstəmov siyasi partiyaların gələcəyi ilə bağlı proqnoz verdi

33934

ADP sədrinin I müavini, ADP namizədinin seçki qərargahının rəhbəri Həsrət Rüstəmov Moderator.az saytına açıqlamasında siyasi partiyaların gələcəyi ilə bağlı fikirlərini bildirib. H.Rüstəmovun sözlərinə görə, gələcəkdə Azərbaycan siyasi həyatında yalnız bir neçə partiya qalacaqdır ki, bunlardan da biri ADP olacaq: “Yaxın gələcəkdə Azərbaycanın siyasi tarixində bir neçə partiya qalacaq. Dünya təcrübəsi də bunu sübut edir. Əgər demokratik proses başlasa, öz fəaliyyətini davam etdirəcək partiyalardan biri ADP olacaq. Bu gün ADP-də təmsil olunan insanlar olmasa belə, partiyanın adı ilə kimlərsə bu partiyanın fəaliyyətini davam etdirəcək. Çünki demokratiya Demokrat Partiyasız mümkün deyil. Bu partiyanın şüurlarda möhkəmlənməsi, onun ideyalarının təbliği üçün  isə ADP-nin prezident seçkilərində iştirakı vacibdir”.

 

Seymur Əliyev

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO