İslam Partiyası Milli Şuranı tərk etdi

İslam Partiyası Milli Şuranı tərk etdi

Hazırda oxunan: İslam Partiyası Milli Şuranı tərk etdi

33799

Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov Milli Şuranı tərk etməsi barədə bəyanat verib.

Partiyanın mətbuat xidmətindən ANS PRESS-ə göndərilən bəyanatda bildirilir ki, Milli Şura yarananda mənim adımın qurucular siyahısına salınması təklif olunmuşdu: "Mən də bu təklifi şifahi olaraq qəbul etmişəm. AİP-in Milli Şurada təmsilçiliyi barədə heç bir qərar olmadığına görə qurumun Nizamnamə və qərarlarının qəbul olunmasında iştirak etmədim. 

Hazırda Milli Şurada üzvlüyümü əsas gətirib AİP-in bu qurumda olmağı iddiasına aydınlıq gətirmək məqsədi ilə bir daha bəyan edirəm. AİP sədr əvəzi olaraq Milli Şuranın üzvlüyündə deyiləm və təmsil etdiyim partiya prezident seçkilərində “Ədalət” partiyasının sədri İlyas İsmayılovun namizədliyinin dəstəklənməsi barədə qərarını dəstəkləyirəm”.

Moderator.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO