Müsavat partiyası seçkiöncəsi hakimiyyət tərəfindən təzyiqə məruz qalan siyasilər, hüquqşünaslar, demokratik fikirli şəxslərlə bağlı bəyanat yayıb. Bəyanatda bir sıra tanınmış ictimai-siyasi xadimlərin adı çəkilsə də, hüquqşünas Qurban Məmmədovun ismi heç bir epizodda xatırlanmayıb. Bununla bağlı Moderator.az saytının sualını cavablandıran hüquqşünas Namizəd Səfərov bu bəyanatı məxsusi şərhə dəyməyən açıqlama kimi xarakterizə edib: “Mən həmin bəyanatla tanışam və açığı deməliyəm ki, bu bəyanatı şərh ediləsi güclü bir bəyanat adlandırmaq olmaz. Bu baxımdan, həmin bəyanatda Qurban Məmmədovun adının çəkilməməsini ciddi hadisə hesab etmirəm. Daha doğrusu, düşünürəm ki, bu, önəmli bir bəyanat deyil”.
Seymur Əliyev




































































































