Moskva şərtlərə əməl etməyə məcbur olacaq – POLİTOLOQDAN ÖZƏL AÇIQLAMA 

Moskva şərtlərə əməl etməyə məcbur olacaq – POLİTOLOQDAN ÖZƏL AÇIQLAMA 

Hazırda oxunan: Moskva şərtlərə əməl etməyə məcbur olacaq – POLİTOLOQDAN ÖZƏL AÇIQLAMA 

33651

Artıq bir neçə həftədir Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozmasını, Ermənistandan Qarabağa yeni qüvvələr daşınması, Şuşa ətrafında, Laçın və Kəlbəcər rayonlarının şərq istiqamətlərində erməni qüvvələrinin yeni postlar qurmaq cəhdlərini izləyirik.
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatında Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyu erməni silahlılarının hərəkət etməsi və hələ də orda qalması üçtərəfli bəyanata tam ziddir".

Bu şərhini özəl olaraq Bizim.Media ilə bölüşən politoloq Yeganə Hacıyeva fikrinin davamında bildirdi ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq ora  yerləşməli idi:

"Rusiyanın bir orbiter ölkə kimi bu məsələdə ilkin mərhələdə nümayiş etdirdiyi susqun mövqe bizi narahat edirdisə, indi isə ermənilərlə rusların koordinasiyalı oyunu müşahidə edilir.

Belə halların təkrarlanması, Rusiya MN Qarabağdakı erməni separatçılarını tərəf kimi göstərməsi onu sübüt edir ki, nəinki Rusiya öz orbiterliyində qeyri səmimidir əksinə, bu koordinasiyalı oyundur. 

Azərbaycan Prezidenti avqustun 14-də CNN Türk telekanalına verdiyi müsahibədə rus sülhməramlılarını erməni silahlı birləşmələrinin Qarabağa keçməsinə icazə verməkdə və Ermənistana silah göndərməkdə günahlandırdı, bunun Qarabağda sülhün əldə edilməsinə zidd oldugunu göstərdi. Buna cavab olaraq  Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova cümə axşamı keçirdiyi brifinqdə dedi ki, Qarabağda Rusiya sülhməramlılarının sabitləşdirici rolu yüksəkdir və yaranan ayrı-ayrı insidentlər tez həll edilir. Bu insidentlərin meydana gəlməsinin səbəbləri Bakı ilə İrəvan arasındakı münasibətlərə kəskin inamsızlıqdır.
 

MÖVZU İLƏ BAĞLI:

II Dron Müharibəsi gəlir - PUA-larla verilən MESAJLAR


Cənubi Qafqaz ölkələrinin siyasətçilərinin bəzi bəyanatlari  və ritorikası əks effekt yaradır və bu davamlı nəticənin əldə edilməsinə xələl gətirir.

Bu fikirlərdən aydın olur ki, Rusiyanın obyektiv orbiter olmasını gözləməyə də dəyməz. Biz bunu uzun müddət görmüşük. Heç də o anlama gəlməsin ki, Rusiyanı öz istəyinə uyğun davranmağa buraxmalıyıq.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından 10 ay keçməsinə baxmayaraq, razılaşmanın müddəalarının icrasına belə laqeyd münasibət sərgiləməsi regionda sülhün və təhlükəsizliyin bərpa olunmasına ciddi təhdidlər formalaşdırır.


Rəsmi Moskvanı bəyanatın tələblərinə əməl olunmasına məcbur etmək üçün əlimizdə kifayət qədər manevr imkanlarımız var".

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO