ABŞ-ın “Əfqanıstan tələsi” – Hansı nəhənglər üçün hesablanıb?

ABŞ-ın “Əfqanıstan tələsi” – Hansı nəhənglər üçün hesablanıb?

Hazırda oxunan: ABŞ-ın “Əfqanıstan tələsi” – Hansı nəhənglər üçün hesablanıb?

33631

ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çəkilməsi və Talibanın ikinci dəfə ölkədə hakimiyyəti ələ keçirməsi son günlərin əsas müzakirə mövzusudur. Bəzi analitiklərin fikrincə, Rusiya və Çin kimi dövlərlərlə fəal rəqabət içərisində olan ABŞ-ın Əfqanıstandan çəkilməsi geosiyasi mənada ABŞ-ın nüfuzuna ciddi zərbə vuracaq. ABŞ-ın bölgədəki təsir gücünün azalması isə Əfqanıstanı birbaşa Rusiya və Çinin təsir dairəsinə düşməsi ilə nəticələnəcək. 

Lakin ABŞ-ın Əfqanıstanla bağlı gələcək planlarının nə olduğu, hakimiyyəti Talibana verməklə əslində nəyi hədəflədiyi ilə bağlı müxtəlif spekulyasiyalar mövcuddur. Bir sıra analitiklər isə baş verənlərin ABŞ-ın yeni planının tərkib hissəsi olduğunu düşüncəsindədir.

ABŞ SSRİ-nin taleyini yaşamamaq üçün vaxtında Əfqanıstandan çəkilməyə qərar verib. Əfqanıstandan çəkilmək qərarı bu baxımdan labüd məğlubiyyətin qarşısını almağa hesablanmış bir addımdır.

ABŞ son illərdə Talibanın tədricən gücləndiyini müşahidə edirdi, bu güclənmə birbaşa Çin və Rusiyanın yardımları ilə həyata keçirilirdi. ABŞ kəşfiyyatı bir müddət əvvəl Rusiyanın Talibana ciddi maliyyə yardımları etdiyi ilə bağlı məlumatlara malik olduğunu açıqlamışdı. Əfqanıstanda bir neçə Çin agentinin ələ keçirilməsi də Çinin bölgədəki fəaliyyətlərini gücləndirdiyini göstərirdi.
 

ABŞ başa düşür ki, Rusiya və Çin ABŞ-ı Əfqanıstanda Talibanla yeni münaqişəyə çəkməyə çalışır. Bu həm ABŞ-ı zəiflətməyə, həm də onun fikrini Çin və Rusiyadan yayındırmağa xidmət edəcəkdi. 


ABŞ Əfqanıstanı Rusiya və Çin üçün terror yuvasına çevirməyi planlaşdırır. Xüsusilə Rusiya yönümlü analitiklər ABŞ-ın Əfqanıstandan belə asan şəkildə çəkilməsinin əslində “tələ” olduğu düşüncəsindədir. 

ABŞ heç vaxt Əfqanıstanda sabitliyin təmin olunmasına imkan verməyəcək və Talibana qarşı mübarizə aparan qüvvələri dəstəkləyəcək. Nəticə Əfqanıstan yenidən terrorçu qruplaşmaların fəaliyyət göstərdiyi boz sahəyə çevriləcək. Bu isə birbaşa Rusiya və Çin üçün təhlükə deməkdir. Əfqanıstan terrorçu qrupların Orta Asiya üzərindən Rusiyaya və Çinin Sintizyan-Uyğun bölgəsinə keçməsi üçün tramplin kimi istifadə olunacaq. 

ABŞ Çini Əfqanıstandakı mübarizənin mərkəzinə çəkməyə çalışır. Əfqanıstandakı maraqlarını qorumağa çalışan Çin bataqlığın içərisinə çəkilmiş olacaq. 

ABŞ Əfqanıstanın Çin üçün önəmli tranzit yolu və Yaxın Şərqə açılan qapı olduğunun fərqindədir. Xüsusilə Talibanla Çin arasındakı razılaşmaya uyğun olaraq ölkə ərazisindən keçən tranzit yolların müdafiəsi Çinlə birgə həyata keçiriləcək. Hətta bu məqsədlə artıq Əfqanıstanın Şimal Şərqində Çin hərbi baza yerləşdirilib.
 

Lakin Əfqanıstanda sabitliyin bərqərar olması və yeni terror yuvalarının meydana gəlməsi Çinin regional maraqlarına zərbə vuracağı kimi, onu baş verənlərə müdaxilə etməyə də məcbur edəcək. 


ABŞ Əfqanıstandan çəkilməsinə baxmayaraq Talibana ciddi təsir vasitələrini hələ də əlində saxlayır. Talibanı Əfqanıstan Mərkəzi Bankının xaricdəki əsas maliyyə resurslarını dondurmaq və xarici yardımların qarşısını almaqla hədələyir. 
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ niyə Əfqanıstandan üz döndərib?


Təxminən 10 milyard dollar həcmindəki bu vəsait Talibanı ABŞ-la yeni sövdələşmələrə getməyə və ABŞ-ın xeyirinə bəzi güzəştlərə məcbur edəcək. Rusiya və Çin isə Talibana ciddi maliyyə yardımı göstərməklə özləri üçün əlavə xərc yaratmaqda elə də istəkli deyil. 

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO