Ərəstun Oruclu imzaları toplaya bilmədi

Ərəstun Oruclu imzaları toplaya bilmədi

Hazırda oxunan: Ərəstun Oruclu imzaları toplaya bilmədi

33562

 Politoloq Ərəstun Oruclu prezidentliyə namizəd olmaq üçün tələb olunan imzaları toplaya bilməyib.

Moderator.az-ın Avropa.info-ya istinadən məlumatına görə, bu barədə Ərəstun Oruclu facebook səhifəsində yazıb:

"Bizim üçün seçki bu mərhələdə bitdi. Artıq görünür ki, tələb olunan sayda dəstək imzalarını müxtəlif səbəblərdən toplaya bilmədik. Bununla yanası ünvanımıza yazılan, deyilən ittihamlar, böhtanlar da bitdi. Amma bu gün bu haqda yazıb şayiə yayanlara, qarayaxmalar, böhtanlar tirajlayanlara şərəf vermək istəmirəm. İlk növbədə bizə hərtərəfli dəstək olmuş insanlara ürəkdən təşəkkür edirəm! Bizə ən çətin anlarda tribuna vermiş və bu gün gərgin iş şəraitimiz üzündən müraciətlərini cavablandıra bilmədiyimiz bütün media nümayəndələrinə dərin minnətdarlığımı bildirirəm. Sizinlə əməkdaşlığımız həmişə olduğu kimi davam edəcək. Real həyatda, virtual aləmdə hər gün məni ruhlandıran bütün dostlarım, mənimçün günlərlə təmənnasız imza toplayan silahdaşlarım və məsləkdaşlarım, nəhayət dəstək imzaları vermiş həmvətənlərim, əvəzsiz dəstəyinizə görə hamınıza "çox sağ olun!" deyir və sizlərə ən xoş arzularımı ünvanlayıram! Sizlərə görə və sizlərlə çiyin-çiyinə mübarizə aparmağa dəyər".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO