YAP-dan AXCP-Müsavat cütlüyünə mesaj var – Elman Nəsirov: “Sürünmək üçün doğulanlar uça bilməzlər”

YAP-dan AXCP-Müsavat cütlüyünə mesaj var – Elman Nəsirov: “Sürünmək üçün doğulanlar uça bilməzlər”

Hazırda oxunan: YAP-dan AXCP-Müsavat cütlüyünə mesaj var – Elman Nəsirov: “Sürünmək üçün doğulanlar uça bilməzlər”

33350

“Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarına tarixi əhəmiyyətli bir səfəri reallaşdı. Avqust ayının 16-da baş tutan bu səfər çox böyük siyasi məna və əhəmiyyət kəsb edir. Bu səfər bir daha göstərdi ki, ortada Azərbaycan Prezidentinin və xalqının siyasi iradəsi var”.

Bu sözləri Bizim.Media-ya özəl açıqlamasında millət vəkili Elman Nəsirov səsləndirib. Deputat hər iki rayonda görülən işlərə diqqət çəkərək bunu regionun simasını dəyişə biləcək tarixi hadisələr kimi dəyərləndirdi. O ki qaldı Prezidentin Kəlbəcərdə Azərbaycan bayrağını qaldıraraq dilə gətirdiyi tezislərə:

“Ən cəlbedici məsələlərdən biri də onunla bağlı idi ki, “biz Kəlbəcərə və Laçına qayıtdıq”. Bu rayonları isə I Qarabağ müharibəsində ermənilər işğal etmişdilər.
 

MÖVZU İLƏ BAĞLI:

Elman Nəsirov: "YAP-da islahatlar gedir..."


Bu işğalın reallaşmasında Azərbaycan Xalq Cəbhəsi və Müsavat cütlüyü xüsusi rol oynayıb. Onların hər vəchlə hakimiyyətə gəlmək ehtirası və niyyəti erməni işğalçılarının maraqlarına xidmət edib. Yəni, ilk növbədə Şuşa və Laçının erməniyə təhvil verilməsi onların hakimiyyətə gəlməsi üçün yaşıl işıq yandırdı.

Kəlbəcərin işğalında da onlar böyük məsuliyyət daşıyır. Xəyanət nəticəsində baş verən bu işğal aktı bu gün ləğv edilib. 

Məsələyə məntiqlə yanaşsaydıq, bu gün AXCP-Müsavat cütlüyü Azərbaycan Prezientinə təşəkkür etməliydi ki, onların yarıtmaz siyasətilə işğal olunan torpaqları bu gün Ali Baş Komandan geri qaytarıb.

O zamankı hakimiyyətin bugünkü daşıyıcıları, tör-töküntüləri əslində belə mövqedən çıxış etməliydilər. Amma biz bunu görmürük.

Hadisələrin gedişatını təhlil etsək, nəyin şahidiyik? Bu gün AXCP rəhbərliyi az qala Prezidenti hədəfə alıb ki; “siz niyə Laçın və Kəlbəcərə getmisiniz”?
 

Onlar cürbəcür iddialarla çıxış edirlər. Guya Azərbaycan Prezidenti ora fərqli yolla getməliydi. Onların bu mövqeyi tənqidə dözmür. 


Bu, bir daha onu göstərir ki, sürünmək üçün doğulanlar uça bilməzlər”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO