ABŞ səfirliyi Naxçıvanla bağlı açıqlama yaydı - FOTO

ABŞ səfirliyi Naxçıvanla bağlı açıqlama yaydı - FOTO

Hazırda oxunan: ABŞ səfirliyi Naxçıvanla bağlı açıqlama yaydı - FOTO

33283

Amerika Birləşmiş Ştatları səfirliyi səfir Örl Litzenberqerin Naxçıvana səfəri ilə bağlı açıqlama yayıb.

Bizim.Media-ya səfirlikdən verilən məlumata görə, açıqlamada deyilir:

“Bazar ertəsi günü səfir Litzenberger, Naxçıvan Muxtar Respublikasına ilk səfərində səmimi bir şəkildə qarşılanıb.

Səfər zamanı səfir yerli hökumət rəsmiləri, alimlər, ABŞ-ın maliyyələşdirdiyi layihələrin rəhbərləri və təqaüdçülərlə görüşüb.
 

O, həmçinin Naxçıvanın ən əhəmiyyətli mədəni və tarixi irsinə aid yerlərini ziyarət edib. Amerika Birləşmiş Ştatları Azərbaycanın bölgələrində yaşayan insanların böyük potensiala malik olmasına inanır.


Biz ümid edirik ki, bu səfər Amerika Birləşmiş Ştatları və Naxçıvan arasında əlaqələri gücləndirəcək və daha çox naxçıvanlıları ABŞ tərəfindən təşkil olunan mübadilə və təqaüd proqramlarında iştirak etməsinə təkan verəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO