Milli Məclisin sədri Azərbaycanın bir sıra ölkələrdə səfirləri ilə görüşdü

Milli Məclisin sədri Azərbaycanın bir sıra ölkələrdə səfirləri ilə görüşdü

Hazırda oxunan: Milli Məclisin sədri Azərbaycanın bir sıra ölkələrdə səfirləri ilə görüşdü

33269

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın bir sıra xarici ölkələrdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri - ölkəmizin Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov, Latviya Respublikasındakı səfiri Elnur Sultanov, Avstriya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli, Belçika Krallığındakı səfiri Vaqif Sadıqov, Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov, Estoniya Respublikasındakı səfiri Anar Məhərrəmov ilə görüşlər keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Sahibə Qafarova, həmçinin Azərbaycanın Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova, Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Fəxrəddin İsmayılov, Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov və Moldova Respublikasındakı səfiri Qüdsi Osmanovla da görüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentin verdiyi son mesajlar Tofiq Zülfüqarovun baxış bucağından... – ÖZƏL ŞƏRH


Görüşlərdə Milli Məclisin sədri Azərbaycan həqiqətlərinin təbliği, dövlət maraqlarımızın qorunması, beynəlxalq əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə parlament diplomatiyasının imkanlarından səmərəli istifadə olunmasının vacibliyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO