Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriçə məktub ünvanlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Qeyd olunur ki, nazirin ünvanlandığı məktuba cavabında AŞ Baş katibi 9 Noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasını alqışladığını qeyd edib və razılaşmanın icrası ilə əlaqədar vəziyyəti izləməyə davam edəcəyini vurğulayıb.
Bizim.Media