“Qaragöl bizimdir” ifadəsi Ermənistan üçün SİQNALDIR – Elşad Mirbəşiroğludan ŞƏRH

“Qaragöl bizimdir” ifadəsi Ermənistan üçün SİQNALDIR – Elşad Mirbəşiroğludan ŞƏRH

Hazırda oxunan: “Qaragöl bizimdir” ifadəsi Ermənistan üçün SİQNALDIR – Elşad Mirbəşiroğludan ŞƏRH

33246

“Azərbaycan Prezidentinin Kəlbəcər və Laçına səfəri zamanı səsləndirdiyi fikirlər həm Ermənistana, həm də indiki şəraitdə təcavüzkar ölkəyə dəstək olmağa çalışan ölkələr üçün bir mesajdır. Hesab edirəm ki, bu, hər şeydən öncə Azərbaycanın güc mövqeyinin göstəricisidir”.

Bu sözləri özəl olaraq Bizim.Media üçün açıqlayan millət vəkili Elşad Mirbəşiroğlu məsələnin digər tərəfindən də danışdı:

“Azərbaycan da Sovet İttifaqı vaxtındakı sərhədlərilə BMT-yə üzv qəbul olunub. Bu, o anlama gəlir ki, dünya ictimaiyyəti SSRİ vaxtındakı xəritəsilə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. İndi də Azərbaycan, məhz o xəritəyə uyğun olaraq sərhədlərin müəyyənləşdirilməsi istiqamətində öz mövqeyini və iradəsini nümayiş etdirir”.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın hərəkətləri kimə sərf edir? – Elşad Mirbəşiroğludan ŞƏRH


O ki qaldı Prezidentin “Qaragöl bizimdir” mesajının gizli məqamlarına:

“1. Bu, Azərbaycanın sərhədlərin müəyyənləşdirilməsi istiqamətində özünün ədalətli mövqeyindən çəkilməyəcəyinin göstəricisidir. 

2. Ermənistanın buna qarşı çıxma imkanları mövcud deyil. Bu istiqamətdə cəhdləri nəticə verməyəcək. 

3. Azərbaycan bir qarış torpağından da imtina etməyəcək. Cənab Prezidentin “Qaragöl bizimdir, biz harada lazımdırsa, orada dayanmışıq” deməsi bunu bir daha sübut edir.

Ermənistanın isə bununla barışmaqdan başqa yolu yoxdur. Onların Kəlbəcər və Laçın istiqamətində son dövrlərdə intensiv təxribatlar törətməsinə baxmayaraq ölkə Prezidentinin həmin əraziyə səfər etməsi həm də ona işarədir ki, Azərbaycan vəziyyəti tam nəzarət alıtında saxlayır və təhlükəsizlik tədbirlərini ən yüksək səviyyədə görmək iqtidarındadır.
 

Bu baxımdan, “Qaragöl bizimdir” ifadəsinin işlədilməsi Ermənistan üçün bir daha siqnal olacaq. Ayrıca olaraq da ölkə Prezidentinin mövqeyini tamamlayan başqa bir hadisə kimi üçtərəfli işçi qrupunun fəaliyyətinin bərpa olıunmasını vurğulamaq lazımdır”.


Elşad Mirbəşiroğlu açıqlamasını bu sözlərlə tamamladı ki, regiondakı yeni vəziyyəti Azərbaycan formalaşdırıb:

“Və bu vəziyyəti dəyişəcək heç bir güc yoxdur”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO