Prezidentin təsdiqlədiyi qanunun əleyhinə çıxan deputatlar kimlər idi? – SİYAHI VƏ FAKTLAR

Prezidentin təsdiqlədiyi qanunun əleyhinə çıxan deputatlar kimlər idi? – SİYAHI VƏ FAKTLAR

Hazırda oxunan: Prezidentin təsdiqlədiyi qanunun əleyhinə çıxan deputatlar kimlər idi? – SİYAHI VƏ FAKTLAR

33185

Prezident İlham Əliyev "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Qanuna dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi yeni qaydalar əsasında keçiriləcək.

Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq.

Əlillik dərəcəsi orqanizmin funksiyasını itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək.
 

Əvvəlki anlayışla müqayisədə orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.


Bizim.Media xəbər verir ki, bu qanun hələ layihə kimi parlamentə təqdim olunan zamanlar çox müzakirələrə səbəb olub. İyunun 22-də Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputatlar arasında fikir ayrılığı olub. Tahir Kərimli qanun layihəsinin ikinci oxunuşunda da etirazını ifadə etdiyini xatırladıb: 

“Ona görə də mən bu qanun layihəsinə səs verməyəcəyəm, bitərəf qalacağam”.

Millət vəkili Razi Nurullayevin çıxışı isə bundan ibarət idi:

“Əlilliyin müəyyənləşdirilməsi haqqında layihə xeyli təzadlı mövqeləri ortaya qoydu. Son zamanlar parlament üzvlərinin qanun layihələrinin müzakirəsində bu sayda əleyhinə səs verdiyi layihə olmamışdı. Qanun layihəsinin bu sahədə formalaşan acınacaqlı vəziyyəti daha da ağırlaşdıracağı düşüncəsindəyəm. Ona görə də ”əleyhinə" səs vermişəm və fikrimi dəyişəcək dəyişikliklər görmürəm”.
 

MÖVZU İLƏ BAĞLI:

Əlillik dərəcələri ləğv edildi, bundan sonra… – SƏRƏNCAM


Digər millət vəkili Əli Məsimli həmin iclasdakı çıxışnda qeyd edib ki, Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr qərarında əlilliklə bağlı meyarlar 250-dən 150-yə endirilmişdisə, yeni qərarla bu meyarların sayı 800-dən çox olacaq:

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna təklif edilən yeni dəyişiklikdə niyə 4-5 ay yox, 7-8-9 ay yox, 6 ay müddətində nəzərdə tutulur?! Bu haqda fikirləşmək lazımdır ki, 6 aydan çox olanda nə olacaq?!

Yenə də bürokratik əngəllərə yol açılacaq. 6 ay tələbini aradan götürmək çox vacibdir. Çünki əlil şəxslərin tək gəlir yeri həmin müavinətlərdir".

Xatırladaq ki, bu müzakirələrdən sonra qanun layihəsi səs çoxluğu ilə qəbul edilib. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO