İsraildən Azərbaycana TƏŞƏKKÜR - VİDEO

İsraildən Azərbaycana TƏŞƏKKÜR - VİDEO

Hazırda oxunan: İsraildən Azərbaycana TƏŞƏKKÜR - VİDEO

33068

İsrail Xarici İşlər Nazirliyi (XİN) yanğınlarla mübarizədə kömək təklifi üçün Azərbaycan XİN-ə təşəkkür edib.

Bizim.Media xəbər verir ki, İsrail XİN "Twitter"də etdiyi paylaşımında "Həmrəylik və dostluq üçün təşəkkürlər, Azərbaycan XİN. Çox sağ olun!" yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycandan İsrailə RƏSMİ TƏKLİF


Qeyd edək ki, artıq üçüncü gündür, İsrail yanğınsöndürmə və xilasetmə qrupları Yerusəlimin (Qüds) qərbində böyük meşə sahəsini və təpələri əhatə edən, ətrafdakı yaşayış məntəqələrinə də təhlükə yaradan yanğınlarla mübarizə aparır.

İsrailin Yanğınla Mübarizə və Xilasetmə Xidməti bildirib ki, ən azı 17 000 hektar ərazi yanıb.
 

Yanğınla mübarizəyə 110 yanğınsöndürmə qrupu, 10 təyyarə cəlb olunub. Bunun ölkə tarixinin ən böyük meşə yanğınlarından biri olduğu bildirilir.


İsrail XİN bildirib ki, hava dəstəyi üçün Yunanıstan, Kipr, İtaliya, Fransa və digər ölkələrə müraciət olunub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO