Açıq Cəmiyyət Partiyasının sədr müavini Kəramət Salayev avqustun 31-i gecə saatlarında Azərbaycanda yeni siyasi partiya quruculuğuna başlanıldığı haqda məlumat yayıb. K.Salayev Facebook sosial şəbəkəsində belə bir status paylaşıb:
“31 avqust saat 23:25
Doğru Yol Partiyasının yaradılması üçün 15 nəfərdən ibarət Təşkilat Komitəsi
formalaşdı! Xalqımız, dövlətimiz üçün xeyirli uğurlu olsun! Yolunuz açıq olsun,
dostlar!”
Moderator.az AzPolitika.info-ya istinadən xəbər verir ki, ACP-nin sədr
müavininin paylaşdığı bu status sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bəzi
şərhlərdə yeni partiya quruculuğunun arxasında hazırki ACP sədri Sülhəddin
Əkbərin durduğu bildirilib.
Qeyd edək ki, K.Salayev əvvəllər Müsavat Partiyasının üzvü olub. Sülhəddin
Əkbər bu partiyadan istefa verəndə o da Müsavatın sıralarını tərk edib. Daha
sonra S.Əkbərlə birlikdə ACP-yə üzv olan Salayev bu partiyanın sədr müavini
vəzifəsinə irəli çəkilib.
Son
vaxtlar isə Sülhəddin Əkbərlə ACP-nin lideri Rəsul Quliyevin arasında
münasibətlərin pisləşdiyi haqda məlumatlar yayılıb. ACP-dəki mənbələr deyir ki,
seçkiyə qatılmaq ümidləri dağılan R.Quliyev partiyanın maliyyələşməsini dayandırıb
və həmişəki kimi uğursuzluğun məsuliyyətini partiyanın Bakıdakı rəhbərinin
üzərinə qoymağa çalışır. Bu baxımdan, mümkündür ki, “Doğru Yol” adlı partiyanın
quruculuğu işinin arxasında həqiqətən də S.Əkbər var.
































































































