“Atışma hallarının artması vəziyyətin kəskinləşməsinə səbəb ola bilər” - Oleq Kuznetsov 

“Atışma hallarının artması vəziyyətin kəskinləşməsinə səbəb ola bilər” - Oleq Kuznetsov 

Hazırda oxunan: “Atışma hallarının artması vəziyyətin kəskinləşməsinə səbəb ola bilər” - Oleq Kuznetsov 

32939

“Seçkiqabağı dövrdə Ermənistan üçtərəfli işçi qrup çərçivəsində iştirakını birtərəfli qaydada dayandırmışdı. Lakin Nikol Paşinyan baş nazir vəzifəsini tam olaraq icra etməyə başladıqdan sonra bu komissiyanın tərkibində öz iştirakını bərpa etmək üçün barmağını belə tərpətməyib”. 

Bizim.Media xəbər verir ki, bunu tarixçi və hərbi ekspert Oleq Kuznetsov bildirib. 

Onun sözlərinə görə, hazırda nə institusional, nə də praktiki baxımdan münaqişəsonrası həll prosesi həyata keçirilmir.

Sərhəddə atışma hallarının artması isə vəziyyətin daha da kəskinləşməsinə səbəb ola bilər. 
 

Kuznetsov qeyd edib ki, bütün Ermənistan-Azərbaycan sərhədi boyunca rusiyalı sülhməramlıların yerləşdirilməsi haqqında erməni tərəfinin təklifinə gəlincə, bu, iki səbəbdən mümkün deyil. 


"Birincisi, Azərbaycan ərazisində Rusiya sülhməramlılarının dislokasiya yeri kimi Qarabağ ərazisi müəyyən edilib və onların yeri dəyişdirilə bilməz. Rusiya sülhməramlılarının sayı isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat əsasında müəyyən edilib və o da dəyişdirilə bilməz. Bundan başqa, sərhədçilərin hərbi-xidməti fəaliyyəti sərhəd xətti boyunca təşkil edilir, o isə hələ müəyyən edilməyib”, - deyə o bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO