Qabil Hüseynli: “Taliban İŞİD-dən də betər terror qruplaşmasıdır” – Bakı-Kabil əlaqələrinin GƏLƏCƏYİ

Qabil Hüseynli: “Taliban İŞİD-dən də betər terror qruplaşmasıdır” – Bakı-Kabil əlaqələrinin GƏLƏCƏYİ

Hazırda oxunan: Qabil Hüseynli: “Taliban İŞİD-dən də betər terror qruplaşmasıdır” – Bakı-Kabil əlaqələrinin GƏLƏCƏYİ

32924

Taliban Türkiyə ilə müttəfiqlik istəyini açıqlayıb. Əgər Ankara ilə talib Kabili arasında belə bir razılıq əldə olunarsa, bu fonda Azərbaycan-Əfqanıstan münasibətləri necə ola bilər?

“Bu hakimiyyətin hələ legitimlik məsələsi var. Sonra Taliban bütün dünyada terrorçu qruplaşma kimi tanınır. İndi də qeyri-qanuni yolla hakimiyyətə gəliblər. Şəriət hökuməti qurmaq istəyirlər. Radikal islamın ən qəddar formasıdır” deyən politolioq Qabil Hüseynli əvvəlcə taliblərlə Türkiyənin hər hansı bir əlaqəsinin olmasından bəhs etdi.

Bizim.Media-ya açıqlamada politoloq bildirdi ki, Taliban dövlət kimi dünya birliyi tərəfindən qəbul ediləndən sonra hansısa əlaqələri qurmaq olar.

Hazırda Taliban müxtəlif manevrlər edərək bəzi dövlətlərlə diplomatik əlaqələr qurmağa can atır:

“Müəyyən yalanların hesabına müxtəlif dövlətləri onları tanımağa çağıra bilərlər. Amma Taliban İŞİD-dən də təhlükəli terror qruplaşmasıdır. Onların daha əvvəlki hakimiyyəti dövründə Əl-Qaidə Əfqanıstanda məskunlaşmışdı. Həmin dövrdə Taliban və Əl-Qaidənin maliyyələşdirdiyi qruplaşmalar Amerikada əkiz qüllələri təyyarə ilə vurdular.
 

MÖVZU İLƏ BAĞLI:

“Əfqanıstan iqtisadiyyatı inkişaf dövrünü yaşayırdı” – Tənəzzül başlanır?


Bundan sonra ABŞ Əfqanıstana qoşun yeritdi. Amma qoca Bayden Əfqanıstanda hər şeyi yarımçıq qoyub Talibanın kökünü kəsmədən, onları tərkisilah etmədən geri çəkildi.

ABŞ-ın “Buraya demokratiya gətirirəm” kimi bəyanatlarla reallaşdırdıqları avantürüst planlar idi. 20 il orada qaldılar, amma heç nəyə yaramayan işlər gördülər və nəticə etibarı ilə Taliban yenə də Amerikanın qurduğu hökuməti də, təlim keçdiyi ordunu da məğlub edərək qısa müddətdə hakimiyəti ələ keçirdi. Məsuliyyət məsləsinə gələndə, birinci Amerika və onun prezidenti Baydeni ciddi surətdə qınamaq lazım gələcək”. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO