"Ağdam Qarabağ iqtisadi zonasının mərkəzi olması üçün, geniş potensiala malikdir".
Bizim.Media xəbər verir ki, bunu Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin sədri Azay Quliyev deyib.
O bildirb ki, 30 il ərzində ermənilər dünyada misli görünməmiş vandallıq və vəhşiliklər törədiblər:
"Bu vandallığın tək məqsədi ondan ibarət olub ki, Azərbaycanın həm mədəniyyətini, həm tarixini yer üzündən silsinlər. Lakin, onların bu niyyəti baş tutmadı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdi. İndi bu torpaqlarda çox böyük quruculuq işləri gedir. Bu mənzərəni görəndə adam çox böyük qürur hissi keçirir".
MÖVZU İLƏ BAĞLI:
Eldar Namazov: “Azərbaycan Ordusu Ermənistana 30 km daxil olmalıdır” - XƏRİTƏ
A.Quliyev əlavə edib ki, Ağdamın təsdiq edilən baş planına əsasən yüz mindən çox əhalinin yaşayacağı bir şəhər tikiləcək:
"Dünyada mövcud olan şəhərsalma təcrübəsini tətbiq etməklə çox möhtəşəm bir şəhər tikiləcək. Bu təkcə şəhərsalma baxımından yox, iqtisadi baxımdan da əhəmiyyəti olacaq. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə iki - Qarabağ və Şərqi Zəngəzur İqtisadi zonaları yaradıldı. Hesab edirəm ki, Ağdam Qarabağın iqtisadi mərkəzi olaraq böyük potensiala malikdir. Bu potensialın üzə çıxarılmasında QHT-lərin rolu var".
Bizim.Media