“Qara qızıl”ın qara günləri – Neft ehtiyatları tükənir?

“Qara qızıl”ın qara günləri – Neft ehtiyatları tükənir?

Hazırda oxunan: “Qara qızıl”ın qara günləri – Neft ehtiyatları tükənir?

32877

Dünyada enerji ehtiyacının ödənilməsində əsas yerlərdən birini tutan neft ehtiyatlarının azalması uzun müddətdir mütəxəssislər tərəfindən tez-tez dilə gətirilir. Neft ixrac edən ölkələri bir bayraq altında birləşdirən OPEC də sözügedən məsələni tez-tez qabardır. 

Qeyd edək ki, neft tükənən və bərpası çox uzun müddət tələb edən sərvətlərdən biri olduğu üçün rezervlərin tükənməsindən sonra insanların yenidən “qara qızıl” əldə etməsi üçün 100 illər lazım gələcək.

Neftin tükənməsi ilə bağlı söz-söhbətlər isə 1980-ci illərdən başlayaraq qabardılmağa başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: Azərbaycan Qurtuluş savaşından başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi


Əksər mütəxəssislərin bu məsələdə proqnozları isə üst-üstə düşürdü; 21-ci əsrin ikinci yarısı.

“Qara qızıl”ın tarix olacağı son günlə bağlı proqnozlar isə get-gedə daha da yaxın təqvimi göstərməyə başladı. Belə ki, 80-ci illərdə son tarix kimi 21-ci əsrin sonları göstərilirdirsə, 1996-cı ildə OPEC tərəfindən dərc olunan hesabatda neft ehtiyatlarının 43 il sonra tükənəcəyi qeyd olunmuşdu. Eyni zamanda təşkilat 2030-cu ilə qədər neftə olan tələbatın zirvə nöqtəsinə çatacağını sonra isə zaman keçdikcə sürətlə azalacağını bildirib.

Buna əsas kimi isə tükənməyən və bərpa olunan enerji mənbələrinin yaxın gələcəkdə geniş şəkildə istifadə olunacağı ilə əsaslandırıblar.


Lakin bəzi alimlər neftin tam olaraq tükənməyəcəyini, həmin dövrə qədər tükənən enerji mənbələrindən istifadənin xeyli azalmasının daha böyük ehtimal olduğunu bildirirlər. Belə ki, əslində neft heç zaman tükənməyəcək, sadəcə olaraq ona olan tələbat azalacağından “qara qızıl”ın ixracına ehtiyac qalmayacaq. 

Bəs, neftin bitməsi ilə bağlı bu qədər səs-küy yaradılmasının səbəbi nədir?

1. Ətraf mühitin mühafizəsi. Neftin çıxarılması, daşınması, eyni zamanda ondan istifadə dünya ekosisteminə ciddi şəkildə zərər vurur. Bu səbəbdən də, insanları “yaşıl” enerji mənbələrindən istifadəyə yönəltmək üçün neftin tükənməsi ilə bağlı çağırışlar tez-tez qabardılır. 

2. Neft qiymətlərini artırmaq istəyi. Neft qiymətlərindəki dəyişikliklərə nəzər saldıqda aydın şəkildə görülür ki, qiymətlərin azalması zamanı tükənmə ilə bağlı xəbərlər dünya mediasını işğal etməyə başlayır. Bunun əsas səbəbi isə məhz, qiymətləri istənilən səviyyəyə yüksəltmək arzusudur.

Azərbaycan da neft ehtiyatları ilə zəngin ölkələrdən biri hesab olunur.

Belə ki, tədqiqatlar nəticəsində ölkəmizdə 7 milyon barel neft ehtiyatının olduğu güman olunur. “Qara qızıl”ın ixracı isə, günbəgün daha da artmaqdadır. Mütəxəssislərin fikrincə, ölkəmizin hazırda məlum olan rezervləri hələ 2060-ci ilə kimi aktiv şəkildə istifadəyə imkan verir. 
 

Lakin neftin tükənməsinin Azərbaycan iqtisadiyyatı üçün həmin dövrdə ciddi zərbə təsiri yaradacağı inandırıcı görünmür.


Belə ki, ölkəmizdə tükənən enerji mənbələrinin kifayət qədər olmasına baxmayaraq, “yaşıl” enerjiyə də yüksək miqdarda investisiyalar cəlb olunmaqdadır. Bunun nəticəsində isə, “qara qızıl”ın tükənməsi durumunda belə, ölkəmiz üçün ciddi problemlərin ortaya çıxmayacağını asanlıqla söyləyə bilərik.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO