İlham Əliyevin “CNN Türk”ə müsahibəsi Ukrayna mətbuatında - FOTOLAR

İlham Əliyevin “CNN Türk”ə müsahibəsi Ukrayna mətbuatında - FOTOLAR

Hazırda oxunan: İlham Əliyevin “CNN Türk”ə müsahibəsi Ukrayna mətbuatında - FOTOLAR

32775

Ukraynanın nüfuzlu KİV-ləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “CNN türk” televiziya kanalına müsahibəsini geniş işıqlandırıb.

Bizim.Media xəbər verir ki, “RBK-Ukrayna”, “İnterfaks-Ukrayna” informasiya agentlikləri, GORDON nəşri, “Censor.net” xəbər portalı və digər media orqanlarında dərc edilən məqalələrdə Prezident İlham Əliyevin müsahibəsində Ermənistanın qeyri-konstruktiv hərəkətləri ilə bağlı səsləndirdiyi fikirlər yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev kimlərə necə mesaj verdi? – Tarixi müsahibənin gizlin məqamları


Prezident İlham Əliyevin fikirlərinə istinadla qeyd edilib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir.

Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanımalı və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi başlanmalıdır. Ancaq bu günə qədər Azərbaycan Ermənistandan müsbət cavab almayıb.

Məqalələrdə, həmçinin sülhün bərqərar olması üçün Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpa edilməsi vurğulanır.

Yazılarda, eyni zamanda, Prezident İlham Əliyevin Rusiyanın Ermənistanı silahlandırması, Rusiya sülhməramlılarının üçtərəfli sazişin prinsiplərinə tam riayət etməməsi, Azərbaycanın müharibə istəmədiyi, lakin zərurət yaranacağı halda yenidən müharibəyə başlaya biləcəyinə dair fikirləri də yer alıb. (Azertag.az)

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO