"Xankəndinə tam nəzarət etmədiyimiz müddətdə belə hallar təkrarlanacaq və Serj Sarkisyan kimi cinayətkarlar dəhlizi keçərək Qarabağa gələcək. Düşünmürəm ki, sülhməramlılar onun cinayətkar olduğunu, Xocalıda əlinin qana bulandığını bilmir. Sülhməramlı kontingent müəyyən formada belə "siyasətçilərə" şərait yaradır".
Bu sözləri Bizim.Media-ya özəl intervüsündə politoloq Fikrət Sadıxov söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədəki yanğınların icraçısı bəllidir, bəs sifarişçi kimdir? – Fikrət Sadıxovdan İLK İKİ EHTİMAL
Serj Sarkisyanın Ağdərə səfərinə münasibət bildirən politoloq əlavə edib ki, məqsəd aydındır:
"Sarkisyan Qarabağdakı erməniləri sakitləşdirməyə gəlib. Serj həm də ermənilərin oradakı yaşayış səviyyəsini öyrənməklə öz siyasi düşüncələrilə bölüşmək istəyib. Aydın məsələdir ki, bu da Paşinyana qarşı yönələn bir addımdır. Sarkisyan orada revanşist ideyaları təbliğ edəcək. Əlbəttə ki, bu məsələyə ciddi yanaşmalıyıq. Estremist, radikal ermənilərin Azərbaycan torpaqlarına gəlməsinə təbii ki, reaksiya verməliyik. Sülhməramlılardan tələb etməliyik ki, onlar radikal ermənilərə belə şərait yaratmasınlar".
Anar Rəhimov, Bizim.Media