Mirmahmud Mirəlioğlu: “Sədr üstəgəl, 4 partiya...”

Mirmahmud Mirəlioğlu: “Sədr üstəgəl, 4 partiya...”

Hazırda oxunan: Mirmahmud Mirəlioğlu: “Sədr üstəgəl, 4 partiya...”

32538

Dünən Milli Şuranın bir qrup üzvü bəyanat yayaraq bəzi partiyaları qurumun işinə mane olmaqda ittiham edib. Qeyd edək ki, ittihama məruz qalan partiyalar arasında Klassik Xalq Cəbhəsi (KXCP) partiyası da var. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu məlum ittihamlarla razı olmadığını bildirdi: "Bunu deyənlər çox böyük yanlışlığa yol veriblər. Milli Şuranın bu günə qədər qorunub saxlanmasında bu qurumda təmsil olunan hər kəsin rolu var. Müsavat partiyası, Milli Şuranın sədri və adı sadalanan o 4 partiyanın sərgilədiyi mövqe isə Milli Şuranın qorunub saxlanılmasında daha müstəsna rol oynayıb. Bu formulu yazın: “Sədr üstəgəl, 4 partiya, üstəgəl, bir partiya. Bu günə qədər Milli Şuranın yaşamasının səbəbkarı bunlardır. Kim bunu başqa cür qələmə verirsə özü bilsin, öz vicdanı bilsin”.

 Xəyal Əzizov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO